Bu gün:

Uşaqlarda görülən yuxu problemləri


Yuxu problemi olan uşaqlar haqqında bilməli olduğunuz bəzi məqamlara diqqət yetirək. Uşaqlar bir çox səbəblərdən yuxu problemləri yaşaya bilərlər. Acıbadem Altunizade Xəstəxanası Pediatriya Mütəxəssisi Dr. İlkay bu barədə açıqlama verib.

Yuxu körpəlikdə və uşaqlıqda qidalanma qədər vacibdir. Bu səbəblə yuxu pozğunluqlarının müalicəsi üçün düzgün diaqnoz vacibdir. 

Yuxuda gəzinti

Uşaqların təxminən 15 faizi yuxuda gəzir. Adətən 4-8 yaşlarında başlayır və yeniyetməlik dövrünə doğru azalır. Gözləri açıq olsa da, uşaq ağır yuxu dövründə olduğu üçün səhər oyananda heç nə xatırlamır. Təhlükəsizlik tədbirlərinə əməl etmək çox vacibdir!

Kabuslar

Ən çox 3-5 yaş arasında olur. Psixoloji stress, geniş təxəyyül, güvənsizlik hissi, həyatda arzuolunmaz dəyişikliklər (valideynlərin boşanması və davaları,ev-məktəb dəyişikliyi), travmatik hadisələr kimi faktorlar kabusları artıran amillərdəndir.

Narahat ayaqlar sindromu

Dəmir çatışmazlığı ayaq ağrılarına səbəb olur. Bu problem uşaqlarda 5 qat daha çox görülür. Yeniyetməlik dövründə B12 çatışmazlığı və həddindən artıq qəhvə və siqaret istifadəsi bu ağrıları artırır.

Yuxu qorxusu

“Gecə terroru” kimi də tanınır. Adətən 2-3 gün yuxu vaxtında baş verir. Uşaq dəhşətdən ağlayaraq oyansa da, səhər hadisəni xatırlaya bilmir. Gecə qorxuları 30 saniyə ilə 3 dəqiqə arasında davam edə bilər.

Gecə oyanışları

Həddindən artıq aclıq və ya həddindən artıq toxluq yuxunu çətinləşdirən amillərdir. Şam yeməyi yuxuya yaxın olmamalıdır. Əks halda enerji verməklə yanaşı, həzmsizlik, qaz problemi və yatmaqda çətinlik yarada bilər.

Obstruktiv yuxu apnesi

Yuxu apnesi yuxu zamanı nəfəsin müvəqqəti dayanmasıdır. Çox vaxt 4-6 yaş arasında müşahidə olunur. Ən çox uşaqlarda badamcıq, adenoid böyüməsi və artıq çəki zamanı müşahidə edilir. Yüksək səslə xoruldama əhval-ruhiyyə, yorğunluq, diqqətsizlik və inkişaf ləngiməsi, hətta həyati təhlükəsi kimi problemlərə səbəb ola bilər.

Narkolepsiya

Digər mühüm yuxu pozğunluğu narkolepsiyadır, yəni gün ərzində oyaqkən ani yuxu hücumlarıdır. İnsan danışarkən və ya yemək yeyərkən qəfil yuxuya gedir. Buna bəzən insan çox sevinəndə və ya kədərlənəndə qəfil yerə  yıxılması da aiddir.

Bu məsləhətlərə diqqət yetirin!

Yuxu vaxtlarını təyin edin və qətiyyətlə hərəkət edin. Əgər hər gecə eyni saatlarda yuxuda yerimə problemi varsa, vaxt gəlməzdən 15 dəqiqə əvvəl oyandırın və yenidən yuxuya getməsini təmin edin.

Uşağınızı hər gün eyni saatlarda yatağa qoyun, yuxudan əvvəl rutininiz üçün kifayət qədər vaxt ayırın və bu müddət ərzində uşağınızın sevdiyi şeyləri edin.

Uşağınız gecə yuxudan oyananda yatağınıza gəlirsə, onu vərdiş halına salmamaq üçün yatağa qaytarın. Əgər qorxursa, onunla qalın və rahatlamağa icazə verin.

Kabuslara gün ərzində gördükləri hər şey və ya televiziyada baxdıqları görüntülər səbəb ola bilər. Bəzən səbəbsiz kabuslar görə bilərlər. Uşağınız gecə yuxudan oyanaraq qorxduğunu söyləyirsə, ona təsəlli vermək üçün mütləq orada olun və özünü təhlükəsiz hiss edənə qədər yanında olun. Əgər bu hər gecə baş verirsə, uşağınızın sizi yaxında saxlamaq üçün bu şəkildə hərəkət etdiyini və ya həqiqətən qorxduğunu anlamağa çalışın.

Yatağa ac və ya həddindən artıq tox getməyin. Şokolad kimi gecə stimullaşdırıcı qidalardan çəkinin.

Yatmazdan əvvəl ailə ilə və sakit vaxt keçirə biləcəyiniz fəaliyyətlər və yuxu mərasimləri (nağıllar, laylalar və s.) təşkil edin.

Otağın çox qaranlıq olmamasına, rütubətin və temperaturun (18˚C) kifayət qədər olmasına, otağın havalandırılmasına və otaqda siqaret çəkilməməsinə əmin olun.

Yatağınızda elektrik yorğanı və ya isti su şüşəsi istifadə etməyin.

Birbaşa günəş işığı altında və ya qızdırıcının yanında yatmayın.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş