Bu gün:

Balıqdan sonra hansı desertlərə üstünlük verilməlidir?


Balıq omeqa 3 yağ turşuları baxımından çox zəngindir. Həmçinin dəmir və sink kimi mineralları da özündə birləşdirir. Bütün bunların eyni anda orqanizmə daxil olması həzm sistemini narahat edir. Ürəkbulanma, şişkinlik, halsızlıq, yuxusuzluq hissi yaradır və qan şəkərimizi aşağı salır. Məhz bu səbəbdən balığın üzərindən şirniyyat yemək ehtiyacı hiss edirik. Aşpaz Didar Yanar bəzi desertlər haqqında danışdı.

Balığın bayat olma ehtimalına qarşı südlü desertlərə , şərbətli şirniyyatlara üstünlük verilmir. Bu tip qidalar mədəni narahat edir. Halva balıqdan sonra yeyilə bilən ən ideal desertdir. Tərkibindəki tahin sayəsində halva balıqda yığılan ağır metalları sıfırlayır,  orqanizmdə fosforun miqdarını tənzimləyir, mədədəki turşu balansını normallaşdırır. 

Aşpaz Didar Yanar halva sevməyənlər üçün bir neçə alternativ  də təklif edir:

Manna halvası, püstə unu halvası, fındıq pastası, sobada düyü pudinqi, haşhaş konfeti, revani, şambalı və tahinli balqabaqlı desert balıqdan sonradan yeyilə bilən desertlər siyahısına daxildir.

Mənbə: Milliyet

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et