Bu gün:

Əkizlərin öz dilləri var imiş


Ayrılan əkizlər çox oxşar həyatlar yaşaya bilər. Məlum olub ki, ABŞ-da cəmi 4 aylıq olanda müxtəlif ailələrə övladlığa verilən əkizlər uşaq ikən oyuncaqlarına eyni adı veriblər, hər ikisi iki dəfə evləniblər və eyni avtomobili idarə ediblər.

İtlər əkiz körpələri ayırd edə bilir. Xüsusilə, öyrədilmiş Alman Qurdları əkizləri asanlıqla tanıya bilirlər. Hər insanda fərqli qoxu olduğu üçün bəzən ailələr belə ayırd etməkdə çətinlik çəkirlər.

Əkiz körpələrin bioloji ataları fərqli ola bilər. Bu hadisə milyonda bir baş verir.

Spirtli içki qəbul edən və uzun boylu qadınları qadınların əkiz dünyaya gətirmə ehtimalının daha çox olduğu da ifadə edilir.

Əkiz körpələr ana bətnində bir-biri ilə ünsiyyət qururlar. Bəzi birləşmiş əkizlər bir-birlərinin fikirlərini oxuya və hiss etdiklərini hiss edə bilirlər. Onların təxminən yüzdə 25-i ana bətnində üz-üzə inkişaf etdiyi üçün bir-birlərinin əksi olaraq görülürlər. Biri sağ əllidirsə, digəri solaxaydır.

Dünyada əkizlərin ən çox doğulduğu yer Mərkəzi Afrikadır. Hər 1000 doğuşdan 18-də əkizlər doğulur. Əkiz körpələri bir-birindən ayırmağın ən asan yollarından biri onların göbəklərinə baxmaqdır.

30 il əvvələ nisbətən, əkizlərin olma ehtimalı daha yüksəkdir. Araşdırmalara görə, əkiz uşaq dünyaya gətirmə nisbəti 1980-ci illərlə müqayisədə 76 faiz artıb. 

Hətta əkizlərin də barmaq izləri eyni deyil. Əkiz körpələrin təxminən əlli faizi bir-biri ilə ünsiyyət qurmaq üçün yeni bir dil inkişaf etdirir. Bunu anlamaq bizim üçün çox çətindir.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et