Bu gün:

Qeyri-ixtisas sahələr üzrə çalışan şəxslərin iş prosesi-“1 sual, 1 cavab”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Hüquqşünas  Azər Quliyevdir. O, Azərbaycanda qeyri-ixtisas sahəsi üzrə işləyənlərlə bağlı sualımızı cavablayıb.


Qeyri-ixtisas sahələr üzrə işləyən şəxslərin iş prosesi necə tənzimlənir?

-İstər işə qəbul edilərkən, istərsə də  əmək münasibətləri dövründə işçidən işlədiyi peşə və vəzifəsi üzrə müvafiq sənədlər tələb edilməlidir. Əks halda bu, Əmək Məcəlləsinin və Əmək qanunvericiliyinin tələblərinin pozulması hesab olunur və bu hallara yol vermiş işəgötürənlər üçün məsuliyyət yaradır.

Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü maddəsinə əsasən də, “Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim  etməlidir” kimi məcburi hüquq norması var.

Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən, istər işçilər, istər işəgötürənlər,  istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və Əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

24media.az xatırladır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə görə, Əmək müqaviləsi üzrə işçinin bu kimi hüquqları vardır:

Sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; 

Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;

İş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq və digər hüquqlar.

Səadət Quliyeva



Paylaş
Şərh əlavə et