Ukrayna və Rusiya həlak olan hərbçilərin nəşilərini mübadilə ediblər. Bu barədə VQTRK-nın baş direktorunun müavini və hərbi müxbir Yevgeni Poddubnı özünün Telegram kanalında məlumat verib. O bildirib ki, Kiyev 522, Moskva isə 33 nəşi alıb.

Rusiya Silahlı Qüvvələri
24media.az News.ru saytına istinadən xəbər verir ki, Poddubninin yazdığına görə, yeni əsgər nəşi mübadiləsi baş tutub. Daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Ukrayna ilə Rusiya arasında əsir mübadiləsini asanlaşdırdığı bildirilib. Qeyd olunub ki, əsgərlər əvvəlcə Belarusda yerləşdirilib və orada onlara psixoloji və tibbi yardım göstərilib.
Əvvəlki əsir mübadiləsi zamanı Ukraynada qanunsuz saxlanılan Kursk vilayətinin yeddi sakini Rusiyaya qaytarılıb. Həmin vaxt Rusiya Müdafiə Nazirliyi bütün Kursk sakinlərinin evlərinə qaytarılacağını dəqiqləşdirib.
Rusiya əvvəllər Ukrayna əsirliyindən 175 hərbçini geri qaytarıb və bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri Ukrayna tərəfinə təhvil verilib. Nazirlik əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri mübadilədə vasitəçi kimi çıxış edib. Rusiya hərbçiləri hazırda Belarusdadır.
Əli Balayev
