Bu gün:

Avokadonun faydaları sizi heyrətləndirəcək


Vitamin, Mineral, Omeqa 3

Avokado 20 fərqli vitamin, mineral və Omeqa 3 yağları ilə qida dəyəri baxımından çox qiymətlidir. 100 qram avokado bir çox vitamin və mineralların tövsiyə olunan gündəlik miqdarını əhəmiyyətli dərəcədə qarşılayır: 

• Vitamin K: 26% 

• Fol turşusu: 20% 

• Vitamin C: 17% 

• Kalium: 14%

• Vitamin B5: 14% 

• Vitamin B6: 13% 

• Vitamin E: 10% 


Yediyiniz tərəvəzdən qida miqdarını artırır
Tərəvəz yeməyin faydaları danılmazdır. Ancaq tərəvəzlərdən, həqiqətən, faydalanmaq üçün onları yaxşı həzm etməyiniz çox vacibdir. A, D, E, K vitaminləri və likopen və beta karoten kimi antioksidanlar yalnız yağda həll olunur. Avokadonun tərkibindəki sağlam yağlar bu vitaminlərdən maksimum yararlanmağa imkan verir. Tədqiqatlar göstərir ki, salatlara avokadonun əlavə edilməsi antioksidantların mənimsənilməsini 2,6-15 dəfə artırır. Beləliklə, bir qida anbarı olmaqla yanaşı, avokado yediyiniz digər tərəvəzlərdən aldığınız qidaların miqdarını kəskin şəkildə artırır. Növbəti səhər yeməyiniz və ya salatınız üçün bunu unutmayın.

Arıqlamağa kömək edir
Avokadonun tərkibindəki doymamış tək yağlar bədən üçün son dərəcə faydalı olmaqla yanaşı, sizi uzun müddət tox saxlayaraq daha az kalori istehlak etməyə kömək edir. Xüsusilə, tərkibindəki olein turşusu beyninizdə toxluq siqnalı yaradan mərkəzi aktivləşdirə bilər. Avokadonun arıqlamağa kömək edən digər iki xüsusiyyəti liflə zəngin və karbohidratların az olmasıdır.

Ürəyin dostu, xolestrolun düşməni

Səkkiz fərqli araşdırmada, avokado yeyən bir qrupun qan dəyərləri, yeməyən bir qrupun qan dəyərləri ilə müqayisə edildi. Onların arasında təsir edici fərqlər var. Avokado yeyənlər: 

• Ümumi xolesterin səviyyəsi azaldı 

• Trigliserid səviyyəsi 20% azaldı 

• Pis LDL xolesterin səviyyəsi 22% azaldı 

• Yaxşı HDL xolesterin səviyyəsi 11% artdı

Göz sağlamlığınızı qoruyur

Avokadoda bütün digər meyvələrə nisbətən, daha yüksək miqdarda olan lutein, yaşlı yaşlarda meydana gələ biləcək katarakta problemindən gözlərinizi qorumaq baxımından böyük əhəmiyyət daşıyır.

Mənbə: CNN Türk
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et