Bu gün:

“Made in Turan” brendi iqtisadiyyatımıza necə təsir edəcək?


Azərbaycan Respublisası Elm və Təhsil Nazirliyinin Azərbaycan Texniki Universiteti ilə birgə yaratdığı İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin brifinqi keçirildi.

Brifinqdə dünya iqtisadiyyatında müşahidə edilən struktur iqtisadi böhranın nəticələri qeyd edildi, ölkədə keçirilən antiinflyasiya tədbirləri, biznes qurumları ilə bank sektorlarının vəhdət təşkil etməli olduqları və bank sektorlarının makro iqtisadi siyasəti məsələləri müzakirə olundu.

Brifinq zamanı Azərbaycan Texniki Universitetinin İnnavativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadiyyat eksperti Elşad Məmmədov 24media.az-ın sualını cavablandırdı. 

-Azərbaycanın təşəbbüsü ilə yaranan, türk dünyasını birləşdirən “Made in Turan” brendi iqtisadiyyatımıza necə təsir edəcək?

Bu regional iqtisadi əməkdaşlığın təzahürüdür. Türk dövlətləri arasında sosial-iqtisadi, humanitar inteqrasiya prosesləri son aylarda geniş fürsət alıb. Bu isə çox önəmlidir çünki, iqtisadiyyatımıza müsbət təkanverici təsirləri gözlənilir. Vahid türk dövlətləri yüz milyonlarla insanı əhatə edir. Beləliklə, biz iqtisadi inteqrasiya vasitəsi ilə bir tərəfdən istehsalı sitimullaşdıracaq, digər tərəfdən isə istehsalın geniş miqyas alması qiymətlərin daha sabit olmasına şərait yaradacacaq. Biz bu gün dünya iqtisadiyyatına nəzər salsaq görərik ki, Cənubi-Şərqi Asiya ölkələrinin son on illikdə inkişafının uğurları xeyli dərəcədə əsası istehsal və bazarların genişliyindən ibarətdir. Ayrı-ayrılıqda türk dövlətlərini götürsək, təəssüf ki, öz məhsullarımızla çıxa biləcəyimiz bazar təşkil edə bilmirik. Amma türk dövlətlərinin vahid bazar şəklində fəaliyyət göstərməsi iqtisadi inteqrasiya şəraitində nəyinki Azərbaycanın, bütün türk dövlətlərinin iqtisadi rəqabət üstünlüklərini daha da genişləndirə bilər. 

Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et