Bu gün:

Hamiləlik dövründə bol su içmək vacibdir


Gündəlik həyatın vazkeçilməzi olan su kifayət qədər miqdarda qəbul edildikdə insan sağlamlığına bir çox müsbət təsirlər göstərir. Xüsusilə, hamiləlik və əmizdirmə dövründə anaların körpə sağlamlığı üçün kifayət qədər su qəbul etmələrinin lazım olduğunu ifadə edən Prof. Dr. Müfit Zeki Karagülle təbii sərvətlərdən əldə edilən və minerallarla zəngin təbii bulaqların, təbii mineral suların seçilməsinin vacibliyinə diqqət çəkir.

Hamilə və əmzirən anaların gündəlik qəbul etməli olduğu su miqdarı haqqında məlumat verən Prof. Dr. Müfit Zeki Karagülle: "Hamiləlik və əmizdirmə zamanı artan su ehtiyacı səbəbilə susuzlaşmamaq üçün anaların daha çox suya və mayeyə ehtiyacı var. Normalda qadınlar üçün gündə 2-2,2 litr su kafi olarkən hamilə qadınlar üçün 2,5-3 litr su lazımdır. Əmizdirən analar üçün bu miqdarın gündə 3,5-4 litrə qədər artırılması həm özlərinin, həm də körpələrinin sağlam inkişafı üçün böyük əhəmiyyət kəsb edir. 

Mənbə: "Güneş" gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et