Bu gün:

Hərəkətsizlik damarların tıxanmasına gətirib çıxarır


Arteriya və venalarda yaranan daralma və tıxanmalar toxumalarda, orqanlarda, həmçinin, əzalarda qidalanma pozğunluqlarına səbəb ola bilər. Periferik arteriya xəstəliyi olaraq da bilinən bu xəstəliyə daha çox ailəvi irsi olan, şəkər və xolesterin səviyyəsi yüksək olan, siqaret çəkən, artıq çəkisi olan, oturaq həyat tərzi keçirən insanlarda rast gəlinir. Bəzi xəstələrdə heç bir əlamət verməyən bu narahatlıq meydana gəldiyi yerə görə fərqli tapıntılar göstərə bilər.

Tıxanmış damarların angioqrafiya, yəni müdaxilə prosedurları ilə açılması və müvafiq müalicənin aparılması böyük əhəmiyyət kəsb edir. Açıq cərrahiyyə ilə də oxşar müvəffəqiyyəti təmin edən bu prosedur xəstələrə daha qısa müddətdə gündəlik həyata qayıtmaq, daha az ağrı və infeksiya riski, kəsik olmaması kimi üstünlükləri təmin edir. Dos. Dr. Fatih Gümüş deyib: "Periferik arteriya xəstəliklərinin səbəbləri genetik və qazanılmış olsa da, bir çox faktorlardan qaynaqlana bilər: ailəvi damar sərtliyi (ateroskleroz), siqaretdən istifadə, buerger xəstəliyi, yüksək libido və xolestrol dəyərlərinə sahib olmaq, hərəkət azlığı, obezite, nəzarətsiz şəkər xəstəliyi, gut, xroniki böyrək çatışmazlığı bu xəstəliyə meyilli ola biləcək əsas səbəblərdir. Periferik damar xəstəlikləri bəzilərində heç bir əlamət göstərməyə bilər. Ancaq daxil olduğu arteriya ilə qidalanan orqan və toxumalara görə fərqli əlamətlərlə də özünü göstərə bilər. Ayaqlarda ortaya çıxan damar tıxanıqlığı yerimə məsafəsində qısalma, əzələ ağrıları,  ayaq barmaqlarında soyuqluq və uyuşma kimi əlamətlərə səbəb ola bilərkən beynin qidalanmasına kömək edən karotid arteriya tıxanmalarında ani iflic ilə özünü göstərə bilər.

Mənbə: "Güneş" gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et