Bu gün:

Hansı qidaları ac şəkildə qəbul etmək olmaz?


Sağlam bir həyat keçirmək və bədəninizin sağlamlığını qorumaq üçün balanslı şəkildə qidalanmaq lazımdır. Balanslı və nizamlı qidalandığınız zaman immunitet sisteminiz də güclənir. Beləliklə, bədəninizi xəstəliklərdən qorumaq gücünə malik olur. Ancaq aclıq hiss etdiyiniz qəbul etdiyiniz bəzi qidalar fərqində olmadan bədəninizə ciddi şəkildə zərər verə bilər.

Sağlam qidalanmaq çox vacibdir. Çünki balanslı və nizamlı şəkildə qidalanmasanız, xəstələnə və immunitet sisteminin zəifləməsinə səbəb ola bilər. 

Portağal - Portağal suyu, xüsusilə, səhər yeməyi üçün ən vacib içkilərdən biridir. Vitaminlərlə zəngin olan portağal suyunu acqarına qəbul etməməlisiniz. Çünki portağal tərkibinə görə, çox turşu maddəyə sahibdir. Bu qidanı boş bir mədəyə göndərdiyimiz zaman, mədənin norma çox turşu qəbul etməsinə səbəb ola bilər və uzun müddət ərzində qastrit və reflü kimi xəstəliklər yarana bilər. 

Meyvəli yoqurtlar - Meyvəli yoqurtlar acqarına qəbul edildikdə bədən sağlamlığını pozur. Hətta hazır şəkildə satılan meyvəli yoqurtların tərkibində yüksək miqdarda kimyəvi maddələr mövcuddur. Meyvə yoqurtunda olan kimyəvi maddələr qan şəkərinizi qəfil yüksəldə bilər, sonra yenidən tez aclıq hissinin yaranmasına və daha ciddi narahatlıqlara səbəb ola bilər.

Pomidor - Pomidor orqanizm üçün çox faydalı tərəvəz dir. Bununla belə, pomidoru doğru zamanda qəbul etmək lazımdır. Çünki pomidorda da portağal kimi yüksək turşuluğa sahib olma xüsusiyyəti var. Əks halda, mədədəki turşu miqdarının artması nəticəsində ağrı və ya yanma hiss edəcəksiniz. Xüsusilə, reflü, qastrit kimi problemlərə sahib olanların pomidor qəbul edərkən diqqətli olmaları tövsiyə edilir. 

Cənnət xurması - Cənnət xurması kimi tanınan bu meyvə insanlar tərəfindən sevilərək qəbul edilir. Lakin cənnət xurmasını qəbul edərkən onun yetişib-yetişməməsinə diqqət yetirmək lazımdır. Yetişməmiş xurmanın 100 qramında təxminən 13 qram mövcuddur. Tərkibində belə yüksək şəkərə malik olduğu üçün  bu meyvəni ac şəkildə qəbul etməmək tövsiyə olunur. Bunun nəticəsində qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olur. 


Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et