Bu gün:

Xərçəngdən qorunmaq üçün qəbul edilən faydalı qidalar


Xərçəngdən qorunmaq üçün həyata keçirilən tədqiqatlar xərçəngə tutulma riskini aradan qaldırmasa da, risk səviyyəsini ən aşağı endirə bilmə gücünə malik olur. Doktor William Li qeyd edib ki, qida seçimlərinə diqqət edilməsi xərçəngin qarşısının alınmasında, hətta inkişaf edən şişlərin kiçilməsində və xəstəliyin müalicəsi üçün ən vacib aspektlərdən biridir.

Li qoz-fındıqların xərçənglə mübarizədə ən yaxşı qidalar sırasında olduğunu bildirib. Xüsusilə, qoz, badam, fındıq, püstə və anakardiya ən təsirli çərəzlər sırasındadır. Li qoz-fındıqların xərçəng ilə mübarizə aparmaq üçün immunitet sistemini güclənməsində kömək edir. 

O, həmçinin xərçəngə səbəb olan şişlərə gedən qan axınını kəsərək şişin kiçilməsində rolu olan omeqa-3 yağ turşularına malik olduğunu bildirib. Doktor Li, həmçinin pomidorun faydalarından da bəhs edib. 

Pomidorun tərkibindəki yüksək likopen xərçəngə böyük təsir göstərir. Likopen də DNT-ni zədələnməsinin qarşısını alır, bu da xərçəngdən qorunmağı mümkün hala gətirir. 

Xərçənglə mübarizə aparan digər mühüm qida maddəsi isə antosiyanin adlı təbii kimyəvi maddəyə sahib olan bənövşəyi kartof kimi siyahıya daxil olmuşdur. Antosiyanin xərçəng hüceyrələrini öldürülməsində böyük rolu var. Beləliklə, məhv edilməsi çox çətin olan xərçəng kök hüceyrələrini məhv etmə gücünə malik olur.

Doktor Li sağlam bir içki kimi matça çayını içməyi tövsiyə edib. İngiltərədəki xərçəng tədqiqatçıları matça çayının xərçəngin kök hüceyrələrinə uzanan qida xətlərini kəsərək döş xərçəngi ilə mübarizədə böyük rolu olduğunu göstəriblər.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et