Bu gün:

Yaz və yay aylarındakı göz allergiyası



Göz Allergiyasının Səbəbləri Nələrdir?

Göz allergiyası əsasən mövsümi xarakter daşıyır. Xəstələrin havada allergenləri polen, göbələk və s. ola bilər. Evdəki allergenlər (ev heyvanları, ev tozu gənələri) də göz allergiyasına səbəb ola bilər. Ev təmizliyi zamanı və ya ev heyvanlarıyla vaxt keçirdikdən sonra şikayətlərin ortaya çıxması və ya artması ilə qarşılaşılır. Bu xəstələr bilməlidirlər ki, ətraf mühitlə bağlı tədbirləri düzgün yerinə yetirdikdə özlərini çox rahat hiss edəcəklər.

Göz allergiyası son dərəcə narahatedicidir. Gözdə qızartı olur, görmədə problemlər yaşanır. Bənzər simptomlar göz infeksiyaları və yad cisim gözə düşdükdə də özünü göstərə bilər. Bu baxımdan həkiminizin tövsiyələrinə uyğun hərəkət etmək lazımdır.

Göz allergiyasının simptomları:

Gözün yaşarması

Qaşınma

İşığa həssaslıq

Qızartı

Göz qapaqlarının şişməsi

Göz Allergiyasının Müalicəsi Nədir?

Əgər sizə allergik konjonktivit diaqnozu qoyulubsa və həssas olduğunuz allergenlər müəyyən edilibsə, ilk və ən vacib addım ətraf mühitə nəzarəti təmin etməkdir. Ev toz gənələrinə və ya ev heyvanlarına qarşı allergiyanız varsa, ehtiyat tədbirləri görməli və onlardan uzaq olmalısınız. Gördüyünüz tədbirləri vaxtaşırı nəzərdən keçirməlisiniz. 

Əgər açıq havada atmosferdəki allergenlərə (polen, göbələk sporları) qarşı allergiyanız varsa, probleminiz bir az mürəkkəbdir. Çünki biz xarici mühitə nəzarət edə bilmirik. Biz nə edə bilərik? 

Təbii ki, özümüzü qorumaq üçün ala biləcəyimiz bəzi ehtiyat tədbirləri var. Bunlar:

Eynək: Allergenlərin gözlərinizə çatmasının qarşısını almaq üçün gözlərinizi yaxşı örtməyi bacarmalısınız

Şapka: Genişdirsə, tozcuqların qarşısını ala bilər. 

Yuma: Göz damcıları ilə allergenlərin gözə yapışmasının qarşısını ala bilərsiniz.

Dərmanların uzun müddət istifadəsi simptomlarınızı daha da pisləşdirə bilər.Bu qərarı həkiminizlə birlikdə verməlisiniz.

Göz allergiyalarında immunoterapiya (peyvənd) variantı mütləq düşünülməlidir. Bu simptomlarınızı azalda bilər. Bunu allerqoloq və immunoloqunuzla müzakirə etməlisiniz.

Mənbə: livhospital

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et