Bu gün:

Bədəndə maqnezium artıqlığının simptomları nələrdir?


Maqnezium vacib minerallardan biridir. Ürək, damarlar, əzələlər, böyrəklər,həzm sistemi, beyin və sinir sistemi üçün çox vacibdir. Maqnezium bədəndəki bir çox ferment fəaliyyətində iştirak edir və eyni zamanda antioksidantdır, hüceyrənin inkişafına və yayılmasına kömək edən kritik mineraldır. Ümumiyyətlə, həddindən artıq maqnezium səviyyəsi sağlam insanlarda tez-tez görülmür. 

Maqnezium artıqlığı nədir?

Bu o deməkdir ki, maqnezium səviyyəsi normadan yüksəkdir. Əsasən böyrək çatışmazlığı olan xəstələrdə və müalicə üçün venadaxili maqnezium verilən xəstələrdə baş verir. Bundan əlavə, artıq maqnezium mərkəzi sinir sisteminə, sinir-əzələ və ürək-damar sistemlərinə təsir göstərir.

 Maqnezium artıqlığının əlamətləri hansılardır?

  1. aşağı qan təzyiqi;
  2. ürəkbulanma;
  3. qusma;
  4. üzdə qızartı;
  5. nizamsız ürək döyüntüsü,
  6. əzələ zəifliyi;
  7. sidik ifrazında çətinlik;
  8. depressiya;
  9. ağır  hallarda ürək dayanması və koma.

Maqnezium əlavələri ümumiyyətlə sağlam fərdlər üçün təhlükəsiz hesab edilsə də, maqnezium əlavələri qəbul etməzdən əvvəl mütləq həkimə müraciət edin.

Mənbə: Dyt.Dudu Namal

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et