Bu gün:

Yaz aylarında göz allergiyasından necə qorunmaq lazımdır?


Bu gün bir çox insanlarda xüsusilə, yaz fəsli zamanı əmələ gələn tozcuqlara görə göz allergiyası problemi yaranır. Göz allergiyasının gözlərdə qaşınma, qızartı və şişlik kimi vəziyyətlərin yaranmasına səbəb olduğunu qeyd edən Oftalmoloq Op. Dr. Özge Güngör Akkuş göz allergiyası ilə bağlı önəmli açıqlamalar verib.

 Allergiyaların uşaqlıq dövründə daha çox rast gəlindiyini qeyd edən Akkuş, “Baharın gəlişi ilə günəş şüalarının daha çox nəzərə çarpması və tozcuqların əmələ gəlməsinin nəticəsində yaranan göz allergiyası halları quraqlıq olan bölgələrdə daha çox rast gəlinir. Bu vəziyyət qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Allergiya zamanı göz qaşınma, qızartı və göz qapaqlarının şişməsinə səbəb olan histamin adlı maddəni ifraz edir. Xüsusilə, günəş işığına həssaslığa daha çox rast gəlinir. Göz allergiyası insanın həyat tərzinə də təsir göstərir". 

Op. Dr. Özge Güngör Akkuş göz allergiyasının müalicəsi zamanı allergiyaya səbəb olan alergenlərdən uzaq durmağın vacibliyini qeyd edib.  “Xüsusilə çiçək tozlarının çoxaldığı fəsillərdə pəncərələrin bağlı saxlanılması məsləhətlidir. Boyalar, ətirlər və kimyəvi maddələr kimi ətirli məhsullardan istifadə etməyi azaldın. Günəşli havalarda çölə az çıxmağa çalışın. Məcbur olduğunuz zamanlarda günəş eynəklərindən istifadə etmək daha faydalıdır".  

Allergiya təkrarlanan və müvəqqəti bir xəstəlikdir. Yalnız yaz aylarında görünməsi ilə bağlı düşüncələr yanlış fikirdir. Bu proses hər xəstə üçün eyni şəkildə olmaya bilər. Göz allergiyasına erkən diaqnoz qoyulmazsa, görmə itkisi də daxil olmaqla, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə, yaz aylarını stabil vəziyyətdə keçirmək üçün mütəxəssisə müraciət etmək daha faydalıdır.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et