Bu gün:

Qəhvəni daha dadlı etmək üçün gözlənilməz bir üsul açıqlandı


Qəhvə mütəxəssisi Keyt Conston: Qəhvəyə bir çimdik duz əlavə etmək onu daha dadlı edir.

Mütəxəssisin sözlərinə görə, şəkər və ya süddən fərqli olaraq, duz qovrulmuş taxılın dadını və ətirini maskalamır, əksinə, onların şirin notlarını və təbii acılığını vurğulayır.

O əlavə etdi ki, taxıl dadına görə seçilsə və düzgün qovrulsa, duza ehtiyac olmayacaq. Lakin duz hiyləsi buzlu kofelər və kokteyllər hazırlayarkən əvəzolunmaz olacaq, çünki təzə dəmlənmiş içkinin dadını qaytarmağa kömək edir.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova




Paylaş
Şərh əlavə et