Bu gün:

Kran suyu dəri və saçlara zərər verirmi?


Mütəxəssislər xəbərdarlıq edir ki, sərt kran suyu dərinin qıcıqlanmasına və saçların zəifləməsinə səbəb ola bilər.Mütəxəssislərdən krandan axan sərt su ilə bağlı xəbərdarlıq gəldi. Nyu Yorkdakı Schweiger Dermatoloji Qrupundan dermatoloq D. Gloria Lin, duş qəbul etmək və ya üzü krandan su ilə yumaq dərinin qurumasına, ekzemaya , sızanaqlara və sədəf xəstəliyinə səbəb ola biləcəyini söylədi.

Sərt suyun dəridəki məsamələrin bağlanmasına səbəb olacağını qeyd edən Lin, sərt suyun  dəri baryerini poza biləcəyini və dərinin təbii yağlarını məhv edə biləcəyini söylədi: “Əksər insanın hər gün yumaq və içmək üçün istifadə etdiyi adi kran suyunun tərkibində sink, mis, dəmir, kalsium və maqnezium kimi metallar var. Bütün bunlar sağlam bədən üçün müəyyən səviyyələrdə lazımdır. Bununla belə, sərt suda kalsium və maqnezium mineralları xüsusilə yüksəkdir. Bu, dəri və saç üçün risk yaradır.”-dedi.

Kran suları saçlara da təsir edir

The Sun -un xəbərinə görə, Lin sərt suda olan mineralların sabun və təmizləyicilərin tərkibindəki maddələrə yapışacağını və bunun dəridən çıxarılmasını çətinləşdirəcəyini və bunun dərinin məsamələrini bağlayacağını söylədi.

"Həssas dərisi olanlar üçün bu problem ola bilər" deyən Lin, süzülməmiş sudan saçların da mənfi təsir göstərə biləcəyini qeyd etdi. Lin, sərt su ilə saçların daha quru və daha kövrək ola biləcəyini söylədi.

Mənbə: TGRT Haber

Tərcümə etdi: Gülsər Qədirli 

Paylaş
Şərh əlavə et