Bu gün:

Həkim baş ağrısından xilas olmağın qeyri-adi yollarından bəhs edib


Həkim Anna Protasova baş ağrısından azad olmaq üçün özünüzü masaj etməyinizi tövsiyə edib. 

İnteqrativ Psixologiya Universitetinin təsisçisi Anna Protasova əmindir ki, baş ağrısından özünüzü masaj etməklə xilas olmaq olar.

Xüsusi avadanlıq tələb etməyən, ofisinizdə belə edə biləcəyiniz yüngül bədən məşqləri baş ağrısına qalib gəlməyə kömək edir.

Özünüzü masaj etmək

Həkim məsləhət görür ki, istilik hiss edilənə qədər əllərinizi bir-birinə sürtmək lazımdır. Bundan sonra ovuclar başın arxasına elə yerləşdirilməlidir ki, baş barmaqlar boyun və baş arasındakı nahiyədə olsun, davamında dairəvi hərəkətlətlə yüngül masaj edilməlidir.

“Bundan sonra bir neçə saç telini ovucunuzda toplayın, tədricən və yumşaq şəkildə müxtəlif istiqamətlərə çəkin. Telləri müxtəlif istiqamətlərdə çəkin – biri sola, digəri sağa. Bu, güclü narahatlıq hissinə deyil, yalnız baş dərisinin xoş bir rahatlamasına səbəb olmalıdır”, - Protasova deyib.

Boyun rahatlaması

Həkim izah etdi ki, kompüterdə işləyən müddətdə yanlış vəziyyətdə oturmağın nəticəsində əzələlərin həddən artıq gərginləşməsinin qan dövranını çətinləşdirməsi baş ağrısının əsas səbəblərindən biridir (patologiyalar olmadıqda). Boyun rahatlaması vəziyyəti düzəltməyə kömək edəcəkdir.

“Yavaş-yavaş başınızı arxaya əyin, bir neçə dəfə dərindən nəfəs alın və verin. Həddindən artıq yüklənməyin, boynunuzu çox geri atmayın. Çənə bölgəsindəki əzələləri rahatlaşdırmaq üçün ağzınızı bir az açın. Effekti yaxşılaşdırmaq üçün boyunun ön hissəsini əllərinizlə yüngülcə masaj edin. İlk rahatlıq hisslərindən iki dəqiqə sonra yavaş-yavaş, qəfil hərəkətlər etmədən başınızı əvvəlki vəziyyətinə qaytarmalısınız”, - Anna Protasova.

Yüngül çiyin uzanması

Protasova bədənin yuxarı hissəsinin əzələlərini rahatlaşdırmaq üçün ovuclarınız yuxarı baxacaq şəkildə barmaqlarınızı önünüzdə birləşdirməyi məsləhət görür. Əllərinizi ayırmadan, yavaş-yavaş ovuclarınızı başınızın üstündən yuxarı qaldırmaq lazımdır. Bu vəziyyəti 10-15 saniyə saxlamaq lazımdır.

Sonra qollarınızı sinənizin qarşısında çarpazlaşdıraraq və çiyinlərinizi sıxaraq arxa əzələləri rahatlamalısınız. Sonra dirsəklərinizi kürəyinizin ortasına yaxınlaşdırmağa çalışaraq, yavaşca qollarınızı yuxarı qaldırın. Bu vəziyyətdə 20 saniyə qalmalısınız. Triseps sağ qolu başın üstündə qaldıraraq və sol çiyinə söykənərək dirsək oynağında arxaya əyməklə uzanır. Sol əlinizlə sağ dirsəyinizə yüngülcə basın.

Həmsöhbət qeyd edib ki, pozanı yarım dəqiqə saxlamaq lazımdır. Sonra məşqi sol əllə təkrarlayın.

“Hisslərinizə qarşı diqqətli olun: məşqlərin heç biri ağrıya səbəb olmamalıdır. Yalnız xoş bir dartınma və istirahət hiss etməlisiniz. Daimi baş ağrıları bir sıra ciddi xəstəliklərin əlaməti ola bilər, buna görə də həkimə baş çəkməyi təxirə salmamalısınız”, - deyə Protasova yekunlaşdırdı.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et