24media.az-ın “1 sual,1 cavab” rubrikasının budəfəki müsahibi dietoloq Ləman Süleymanovadır. O, mədəkiçiltmə əməliyyatının fəsadlarından danışıb.
-Mədəkiçiltmə əməliyyatının hansı fəsadları var?
Artıq çəki dünyanın qlobal problemlərindən biridir. Hər kəs sağlam vücuda sahib olmaq istəyir. Bunun da bir yolu var: sağlıqlı qidalanma.
Müəyyən insanlar var ki, fərqinə varmadan çəki yığırlar. Uzun illər sonra isə psixoloji olaraq oyanırlar. Sanki uzun müddət sonra ayna qarşısında özlərinə baxır və tez bir zamanda bu çəkidən azad olmaq istəyirlər. Sosial şəbəkələrdə yalançı, heç bir həkimlik sertifikatı olmayan dietoloqlar peyda olub. Onlar dələduzluq edərək bütün insanlara eyni dərman preparatını təqdim edirlər. Artıq çəkisi olan bəzi insanlar isə bu dələduzlara inanaraq tezliklə artıq çəkidən azad olmaq istəyirlər, bəziləri isə əməliyyata üz tuturlar.
Əməliyyatı heç məsləhət görmürəm. Hətta neçə insanın mədəkiçiltmə əməliyyatına görə dünyasını dəyişdiyini bilirik.
Mədəkiçitmə əməliyyatı ilk dəfə Amerikada kəskin piylənmədən əziyyət çəkən insanlar üzərində aparılıb. Bu hal morbit1 adlanır, yəni bu halda şəxsin saxlamlığını pozan dərəcədə piylənmə olur. Çində bu əməliyyat çəki 200-dən çox olan insanlar üzərində aparılırdı. Amma çox təssüf olsun ki, Azərbaycanda 80 kiloqram olan insanı bəzi “cərrahlar” əməliyyat edirlər. Bu tibbi qadağadır. Belə insanlar mədəkiçiltmə əməliyyatı olanda bütün həyati funksiyaları aşağı düşür, antivirus sisteminin, ətraf mühitin infeksiyasından bizi qoruyan, bizim zehnimizi çalışdıran, enerji ilə təmin edən, orqanların fəaliyyətini sağlıqlı saxlayan hormanların fəaliyyəti düşür. Halsızlıq, yorğunluq, sürətli ürək bulanma baş verir, insan heç yemək yeyə bilmir, lazimi maddələr mənimsənilmir və bunlar 1-2 il sonra insanların ölümü ilə nəticələnir. Mədəkiçiltmədən sonra qalan mədənin həcmi 150-200 millilitr olur. Bununla da, guya aclıq hissi yaranır. Əslində, əməliyyat olunan insanların çoxunun çəkisi 2 qat artır, amma mədə yararsız olur, orqanizmin funksiyası düşür. Yəni bu əməliyyatın heç bir mənası yoxdur.
Gülnisə Əfkari
