Bu gün:

Qəmgin uşağın boyu qısa ola bilər


Yetkinlik dövrünə qədər olan dövrdə kalori, zülal, vitamin, dəmir, sink qəbulu ilə balanslaşdırılmış qidalanma boy artımı üçün çox əhəmiyyətlidir. Psixososial qısa boy, bədbəxt, stress altında olan və ya laqeyd və sui-istifadə edilən uşaqlarda inkişaf edə bilər. Uşaqların böyüməsi və inkişafının monitorinqi sağlam gələcək üçün çox vacibdir. Uşaqlar böyümə potensialına görə pediatrlar tərəfindən mütəmadi olaraq izlənilir. 

Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Sevinç Çabukoğlu: “Həyatımızın və gələcəyimizin mərkəzi olan uşaqlar hamımızın bildiyi kimi böyüyən varlıqlardır”. Uşaqlarda böyümə prenatal dövrdə, yəni fetal dövr dediyimiz ana bətnində başlayır və yeniyetməlik dövrünün sonuna qədər davam edir.

Oğlan və qızlarda böyümə fərqli olduğu kimi, müxtəlif yaş dövrlərində eyni uşaqda da fərqli olur. Uşaqlarda normal böyümə ümumi sağlamlığın ən mühüm göstəricisidir. Dr. Çabukoğlu: "Genetik faktorlar həm doğuşdan əvvəl, həm də doğuşdan sonrakı böyüməyə təsir göstərir”. Valideynlərin boyu uşağın boyu ilə yaxından əlaqədardır.

Mənbə: Güneş Gazetesi

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et