Bu gün:

Əllərin yuyulması infeksiyadan qoruyur


İnsanları yoluxucu xəstəliklərdən qorumaq üçün əl gigiyenasının ən təsirli üsullardan biri olduğunu bildirən İnfeksiya ilə Mübarizə Tibb bacısı Neslihan Altın: "Uşaqlıqdan başlayaraq əl gigiyenasına diqqət etsək, yoluxucu xəstəliklərin keçməsinin qarşısını almış olarıq".

Əl gigiyenamızı təmin etsək, xəstəliklərin və yoluxma yolunun qarşısını əhəmiyyətli dərəcədə almış oluruq. Bunu təkcə xəstəlik baxımından deyil, mədəniyyət olaraq etməliyik. Hər hansı bir yerə toxunduqdan sonra əllərimizə bakteriyalar keçə bilər. Bu bakteriyaların bədən floramıza yayılmasının qarşısını almaq üçün etməmiz lazım olan ən vacib şey əllərimizi yumaqdır. Amma əlimizi yumadan ağzımızı, üzümüzü, gözümüzü bu bakteriyalara yoluxdurduğumuz zaman bütün xəstəlikləri yaya və epidemioloji problemə çevirə bilərik.

Mənbə: Güneş Gazetesi

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et