Bu gün:

Arıqlamaq üçün ən təsirli pəhrizlər


Arıqlamaq üçün ən təsirli pəhrizlər



 15 günə 7 kilo arıqlamaq üçün pəhriz

 

Kilo vermə pəhrizi kimi də tanınır. 

Müxtəlif dəri xəstəliklərindən əziyyət çəkən və həzm problemi olan insanların tətbiq etdiyi pəhriz olan bu pəhrizdə ən vacib məqam duz istifadəsini minimuma endirmək və bol su içməkdir. 


15 günə 7 kilo arıqlamağa kömək edən pəhriz necə qurulmalı? 

Xüsusi qidalanma siyahısı olan bu pəhrizdə daha çox arıqlamaq istəyirsinizsə, qısa fasilədən sonra pəhrizi təkrarlaya bilərsiniz. Unutmamalı olduğunuz məqam odur ki, sağlam olmaq istəyirsinizsə, sağlam həyat tərzi sürməlisiniz... 


İsveç pəhrizi.

13 gündə 7-10 kilo arıqladığı bilinən İsveç pəhrizi itirdiyiniz çəkiyə qayıtmağınızı çətinləşdirən bir sistemə malikdir.


İsveç pəhrizi necə qurulur? 

İsveç pəhrizinin bəzi kəskin ümumi maddələri var, bunlardan bəziləri: müəyyən edilmiş miqdardan daha çox qazlı içki və ya qəhvə istifadə etməmək, 13 gündən çox pəhrizə əməl etməmək, 6 günü tamamlamadan pəhrizdən çıxmamaq... 


GAPS pəhrizi.

Autizm, şizofreniya, epilepsiya, depressiya, bipolyar və obsesif-kompulsif pozğunluq, diqqət əskikliyi hiperaktivlik pozuqluğu  kimi pozğunluqlarda ümumiyyətlə istifadə edilən GAPS pəhrizi bir mütəxəssislə birlikdə edilməlidir.


GAPS pəhrizi necə hazırlanır?

 Bağırsaq florasını qorumaq və həzm sisteminin sağlam fəaliyyətini təmin etmək məqsədi daşıyan GAPS pəhrizində sümük suyu, evdə hazırlanmış qatıq, evdə hazırlanmış turşu, hindistan cevizi yağı, avokado, şirin kartof, balqabaq, qırmızı çuğundur mühüm qidalar arasındadır. Pəhrizdə günə limonlu su və ya təzə sıxılmış kök suyu ilə başlaya bilərsiniz. İstənilən meyvə və ya tərəvəzin şirəsi istifadə edilə bilsə də, kök, çuğundur, kərəviz, kələm kimi müalicəvi xüsusiyyətləri yüksək olan tərəvəzlər xüsusilə tövsiyə olunur. 



Candida pəhrizi.

Candida pəhrizi insan orqanizmində ən çox rast gəlinən göbələk olan candida göbələklərinin yaratdığı infeksiyaların simptomlarını aradan qaldırmağa yönəlmiş ciddi pəhrizdir. 


Candida pəhrizi necə aparılır? 

Candida pəhrizində şəkər, gluten, spirt, müəyyən süd məhsullarını pəhrizdən çıxarmaq lazımdır. Bu qidaların yerinə şəkəri az olan meyvələr, nişastasız tərəvəzlər və özü olmayan qidalar istehlak edilir. 



3+3 pəhriz.

Yenicə aldığınız çəkidən azad olmaq və ya ilişib qaldığınız yerdən qurtulmaq üçün uyğundur. 


3+3 pəhriz necə qurulur?

Su, yaşıl çay, probiyotiklərdən istifadə etmək, həftədə 2-3 gün pilates etmək, düzgün nəfəs almağı öyrənmək 3+3 pəhrizinin olmazsa olmazları arasındadır. Bu pəhrizdə həftədə 2-3 balıq yeyilməlidir. Həmçinin, 3+3 pəhrizində siz həftədə 1 gün qaçmsanız daha effektiv nəticə alacaqsınız.


Tərcümə edən: Səadət Quliyeva

Mənbə: Habertürk


Paylaş
Şərh əlavə et