Bu gün:

Yuxu iflici nədir?



Yuxu iflici rəsmlərə və dəhşət hekayələrə ilham verən bir hadisədir. Gecələr bədənimiz yuxunun dörd mərhələsindən keçir. Son mərhələ sürətli göz hərəkəti yuxusu və ya "REM" adlanır. 


Bu, xəyal etdiyimiz zamandır. REM zamanı beyin əzələləri iflic edir, ehtimal ki, yuxularımıza uyğun hərəkət etməyimizə və özümüzə zərər verməmizə maneə olur. Ancaq bəzən (elm adamları hələ də bunun səbəbini bilmirlər) beynin hissiyyat hissəsi REM-dən erkən çıxır və bu da sizi oyaq hiss edir. Beynin aşağı hissəsi hələ də REM-dədir və əzələlərinizi iflic etmək üçün neyrotransmitterlər göndərməyə davam edir. 


Sharpless-in araşdırması yuxu iflici yaşayan insanların yüzdə 15-dən 44-ə qədərinin "klinik cəhətdən əhəmiyyətli narahatlıq" yaşadığını göstərdi. Problemlər tez-tez vəziyyətin özündən deyil, yuxu iflicinə necə reaksiya verdiyimizdən qaynaqlanır. Gün ərzində xəstələr növbəti qıcolmanın nə vaxt gələcəyindən narahat olurlar. Espie deyir ki, bu, bir növ panik atağa çevrilə bilər. Ən ağır hallarda yuxu iflici narkolepsiya əlaməti ola bilər. Narkolepsiya beynin yuxu və oyanma qaydalarını tənzimləyə bilmədiyi, insanın uyğun olmayan vaxtlarda yuxuya getməsinə səbəb olan daha ciddi bir xəstəlikdir.


Mənbə: bbcnews türkcə


Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et