Bu gün:

Yaz yorğunluğuna diqqət edin


Daxili xəstəliklər mütəxəssisi Dr. Serdal Baysal yaz ayları ilə ortaya çıxan şikayətlərin ciddiyə alınmalı olduğunu bildirib. O, yaz yorğunluğunun yazın gəlişi ilə ortaya çıxan və orta hesabla, iki-üç həftə davam edən zəiflik, yorğunluq  halı olduğunu bildirib. Boyun, bel, çiyin və ümumi oynaq, mədə-bağırsaq sistemindəki ağrıları, şişkinlik, qəbizlik, ishal, həmçinin, iştahasızlığı bu narahatlıqlara misal çəkə bilərik. 

Yazda hərəkət və qidalanma vərdişlərinin dəyişməsi də yaz yorğunluğuna səbəb olur. Serdal Baysal qeyd edib ki, açıq havada gəzmək, bol maye içmək, az, amma tez-tez yemək, vitamin və minerallarla zəngin qidalar qəbul etmək, tətilə çıxmaq, hobbi etmək, musiqi dinləmək, siqaret istifadəsini azaltmaq, yorğunluğu aradan qaldıra bilər. 

Müntəzəm idman etmək, stress və səs-küydən uzaq olmaq, uzun müddət mobil telefonu ilə danışmamaq, sağlam qidalanma, nizamlı və kifayət qədər maye qəbul etmək yorğunluğun qarşısını alacaqdır.

Mənbə: Cnntürk

Tərcümə etdi: Gülay Orucova 

Paylaş