Bu gün:

Reallıq testi: iOS həqiqətən Android-dən daha təhlükəsizdirmi?


Cybernews-un jurnalisti Ernestas Naprys hansının daha təhlükəsiz olduğunu yoxlamaq üçün həm iOS, həm də Android əməliyyat sistemlərində 100 ən populyar tətbiq quraşdırıb. Və burada nəticələr...

Bir çox ekspertlərin fikrincə, Apple-ın iPhone-ları Android-dən istifadə edən rəqiblərindən qat-qat təhlükəsiz olaraq xarakterizə olunur. İOS əməliyyat sistemi ümumiyyətlə daha qapalı struktura malik olduğundan, hücuma məruz qalma riski daha azdır. Bunu sübut etmək istəyən bir tədqiqatçı, fərqin nə qədər böyük olduğunu ortaya çıxarmaq üçün bir sınaq keçirdi.

Cybernews-un jurnalisti Ernestas Naprys Alman App Store-dan 100 ən populyar tətbiqi yeni iPhone-da və onların Play Store-dakı analoqlarını yeni Android telefonunda quraşdıraraq təcrübə aparıb. Daha sonra o, cihazları boş qoyub və onların xarici serverlərlə nə qədər tez-tez əlaqə saxladıqlarını və həmin serverlərin harada yerləşdiyini qeyd edib.

Naprys beş gün ərzində Apple telefonunu boş buraxdı və iPhone-un xarici serverlərə etdiyi hər bir çıxışa nəzarət etdi. Amma maraqlısı budur ki, Android gündə 2323 sorğu göndərdiyi halda, iPhone orta hesabla 3308 sorğu göndərir.

Ancaq bunun Android-in məxfiliyiniz üçün daha yaxşı seçim olduğunu düşünürsünüzsə, yenidən düşünmək istəyə bilərsiniz. Daha çox sorğu göndərsə də, iPhone bu sorğuların hara göndəriləcəyi ilə bağlı daha həssasdır. Əslində, iOS sorğularının 60 faizi Apple-a daxil olub, bu da gedən trafikin böyük hissəsini təşkil edir. Android-də sorğuların yalnız 24 faizi Google-a, əksəriyyəti üçüncü tərəf proqramlarına daxil olub .

Məsələn, iOS Rusiya serveri ilə orta hesabla gündə bir dəfə əlaqə saxladığı halda, Android cihazı bunu 13 dəfə tez-tez, ümumilikdə üç gün ərzində 39 dəfə edib. Çinə gəlincə, iPhone, bir çox Çin tətbiqinin yüklü olmasına baxmayaraq, bu ölkədə heç bir serverə qoşulmadı. Müqayisə üçün qeyd edək ki, Android telefonu Çin serverlərinə gündə orta hesabla 5 dəfə ping atıb.

İstifadəçi məxfiliyinə şübhəli yanaşması ilə tanınan xidmətlərə gəldikdə, Apple cihazı daha yaxşı çıxış etdi. Məsələn, iPhone gündə orta hesabla 20 dəfə Facebook serverləri ilə əlaqə saxladığı halda, Android onunla gündə təxminən 200 dəfə əlaqə saxlayır. TikTok ilə iOS-da cəmi 36 dəfə əlaqə saxlanıldığı halda, Android cihazı TikTok-a təxminən 800 dəfə ping atdı.

Bəs bütün bunlar tam olaraq nə deməkdir?

Tətbiq Rusiya və ya Çin kimi bir ölkədə yerləşən serverlə əlaqə saxlayırsa, bu, məlumatlarınızın həmin ölkələrdəki digər qurumların səlahiyyətliləri üçün əlçatan olması anlamına gələ bilər. Məlumat başqa ölkəyə çatdıqda, o, potensial olaraq həmin dövlətin yurisdiksiyasına düşə bilər.

İOS və Android-in bu qədər sərbəst davranmasının bir neçə səbəbi ola biləcəyini iddia edən Naprys, açıqlamasında belə deyib: “Apple App Store-da heç bir tətbiq belə birbaşa reklam proqramı sayıla bilməz. App Store-dakı bütün proqramlar onların arxasında duran əsas platformaları təmsil edir və Google Play-də reklamla dəstəklənən proqramlardan daha faydalıdır."

Bundan əlavə, bu, Apple-ın qapalı ekosistemindəki tərtibatçılar üçün ümumiyyətlə məxfiliklə bağlı daha sərt siyasətləri ilə bağlı ola bilər. Apple, öz ekosisteminin açılmasının təhlükəsizlik üçün fəlakət ola biləcəyini əsas gətirərək, məlumat tərtibatçılarının əldə edə biləcəyi məlumatları məhdudlaşdırmaq üçün bir çox siyasət həyata keçirir.

Nəticədə, nə iOS, nə də Android mükəmməl nəticə əldə etməsə də, aydındır ki, iPhone şübhəli istiqamətlərə Android cihazından daha az sorğu göndərir.

Mənbə: Chiponline

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et