Bu gün:

Məşhur filmlərin çəkildiyi məkanlar insanların üzünə açıqdır


Luke Skywalker-i böyüdən müqəddəs qadın Beru Uaytsunun yeraltı səhra evində bir kasa şorba içmək və ya Londonun mərkəzindəki möhtəşəm qatar stansiyası olan King's Cross-un sehrli divarından keçmək fikri varsa və ya Harry Potter xoşunuza gəlirsə, bu xəbəri sizin üçün hazırladıq

Ulduz müharibələri

Ulduz Döyüşləri Qalaktikasının xarici rimində əkiz günəşlər ətrafında fırlanan Tatooine səhra dünyası Hutt dəstələri tərəfindən idarə olunan qanunsuz bir yerdir.

Biz hələ Elon Musk qədər ola və kosmosa gedə bilmədiyimiz üçün, ən azından, bu epik filmdə adı çəkilən məşhur planeti saytda ziyarət edə bilərsiniz. Tatooine planeti kimi tanınan məkanın, demək olar ki, bütün səhnələri maraqlı memarlıq quruluşu ilə diqqət çəkən Cənubi Tunisin Nefta bölgəsində çəkilib. Luke Skywalkerin bibisi və əmisi ilə nahar etdiyi ev, eyni zamanda, bir neçə başqa məkan hələ də qorunub saxlanılır, həmçinin, ziyarətçilər üçün açıqdır.

Karib dənizinin quldurları

Filmin çəkilişləri Karib dənizindəki Sent Vinsent və Qrenadin adasındakı Wallilabou limanında yerləşir. Conni Depp yox ola bilər, amma 2003-cü ilin hit filmi hələ də oradadır. Bir çox rekvizit və binaları görmək mümkündür.

Parıltı

Əgər qorxu filmlərindən vaz keçə bilməyənlərdənsinizsə, Stenli Kubrikin The Shining filmində xarici kadrlar üçün istifadə edilən Timberline Logde-da özünüz üçün otaq sifariş edə bilərsiniz. Kubrik çəkiliş zamanı məşhur otaq nömrəsini 217-dən 237-yə (oteldə belə otaq yoxdur) dəyişməyə razılaşıb; çünki otel sahibləri gələcəkdə insanların bu otaqda qalmaq istəməməsindən narahat idilər. Qəribədir ki, otelin saytına görə, oteldə ən çox tələb olunan nömrə 217 nömrəli otaq olub.

Jurassic Park

Jurassic Park 912 milyon dollarla 1993-cü ilin ən çox gəlir gətirən filmi olub. Film Kaliforniya və Havayda çəkilib, xarici çəkilişlər isə iki illik istehsaldan sonra cəmi iki həftə ərzində Havayda aparıldı. Hazırda, çəkiliş yerlərinin əksəriyyəti ziyarətçilər üçün açıqdır. Amma dinozavr qalıqları haqqında heç nə deyə bilmərik.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 

Paylaş
Şərh əlavə et