Bu gün:

Hansı dəriyə qulluq vasitələri istifadə edilməməlidir ?


Dəriyə qulluq gündəlik işimizin vacib hissəsidir. Dərinizə qulluq etmək onun görünüşünü və sağlamlığını yaxşılaşdıra bilər, lakin dərinizə nə sürtdüyünüzlə bağlı diqqətli olmaq da eyni dərəcədə vacibdir. Bəzi dəriyə qulluq məhsulları mənfi reaksiyalara səbəb ola bilər. İstifadə etməməli olduğunuz 8 dəriyə qulluq məhsulu:

Limon suyu

Limon suyu sızanaqlar və ləkələr üçün məşhur ev vasitəsidir, lakin dəri üçün zərərli ola bilər. Limon suyu çox turşdur və onu birbaşa dəriyə tətbiq edilməsi qıcıqlanma, qızartı və quruluğa səbəb ola bilər. Eyni zamanda, dərinizi günəşə daha həssas edə, zədələnməyə səbəb ola bilər. 

Şəkər skrabları

Şəkər skrabları dərini təmizləmək üçün effektivdir, lakin bəzən üz üçün çox sərt ola bilər. Şəkər skrabları dəridə yırtıqlara səbəb ola bilər ki, bu da iltihab və qıcıqlanmaya səbəb olur. Onlar dərinin təbii baryerini poza və zədələnməsinə səbəb ola bilər.

3. Diş pastası

Diş pastası tez-tez sızanaqları həll etmək üçün istifadə olunur, lakin dəri üçün uyğun deyil. Diş pastasının tərkibində dərinin qıcıqlanmasına və qurumasına səbəb ola bilən çörək soda, hidrogen peroksid və mentol kimi maddələr var. Bu maddələr isə dəridə daha çox qırışlara səbəb ola bilər.

• Bədən Losyonu

Bədən losyonu üzdən daha qalın və daha az həssas olan bədən dərisi üçün nəzərdə tutulmuşdur. Üzə bədən losyonu sürtmək məsamələri bağlaya və qırışlara səbəb ola bilər. O, həmçinin üz nəmləndiricilərindən daha ağır olduğu üçün üzdə yağlılığa səbəb olur.

• Efir yağları

Efir yağları sakitləşdirici və müalicəvi xüsusiyyətləri ilə məşhurdur, ancaq üz üçün çox güclü ola bilər. Efir yağları birbaşa dəriyə tətbiq edildikdə qıcıqlanma, qızartı və hətta yanıqlara səbəb ola bilər. Bəziləri isə işığa həssasdır və günəşə məruz qaldıqda piqmentasiyaya səbəb ola bilər.

• İsti su

İsti su dərinin təbii yağlarını soyaraq quruma və qıcıqlanmaya səbəb ola bilər. O, həmçinin iltihaba səbəb olub dəri xəstəliklərini şiddətləndirə bilər.

• Alkoqollu məhsullar

Alkoqol dərinin təbii yağlarını soyub dərinin pH balansını poza, yanma hissi yarada və mövcud dəri vəziyyətini ağırlaşdıra bilər.

•Aşındırıcı Fırçalar

Xüsusilə həssas dəriniz varsa, aşındırıcı fırçalar üz üçün çox sərt ola bilər. Tüklər dəridə mikro yırtıqlara səbəb ola bilər ki, bu da iltihab və qıcıqlanmaya səbəb olur. Onlar bakteriyaları yaya, sızanaqlarla nəticələnə bilər.

Dərinizə istifadə etdiklərinizdə diqqətli olmaq vacibdir. Bəzi dəriyə qulluq məhsulları yaxşıdan daha çox zərər verir. Yuxarıda sadalanan dəriyə qulluq məhsullarından qaçınmaq qıcıqlanma, quruluq və sızanaqların qarşısını almağa kömək edəcəkdir. Dərinizlə bağlı hər hansı bir narahatlığınız varsa, fərdi məsləhətlər üçün dermatoloqa müraciət etmək daha yaxşıdır.

Mənbə: Onlymyhealth

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et