Bu gün:

Buzlaqların əriməsi nəticəsində qədim mumiyaları tapıldı


 

Şərqi Avrasiya dağlarının donmuş torpaqları iqlim böhranı səbəbindən yavaş-yavaş əriyir. Yeni bir araşdırmaçı Sayan dağlarında yüksək yerdə olan Horig bölgəsindəki bir qəbiristanlığın qalıqlarını araşdırdı. Eramızın 1206-cı ildə Monqol İmperiyasının birləşməsindən başlayaraq bir əsr ərzində fəaliyyət göstərdiyini göstərir.

Bu tarix Çingiz xanın bütün monqolların hökmdarı elan edildiyi il idi. Qorxmaz at ordusunun köməyi ilə Asiyada bir sıra hərbi ekspedisiyalara başladı və Asiyanın Sakit okean sahillərindən Şərqi Avropaya qədər uzanan tarixin ən böyük bitişik quru imperiyasının əsasını qoydu. 

Dəfn yerində 11 nəfərin skeleti tapıldı, 2018 və 2019-cu illərdə donmuş torpağın əriməsi nəticəsində üzə çıxdı. Cəsədlər, 800 yaşdan yuxarı olmasına baxmayaraq, qalıqları qoruyan mənfi temperatur sayəsində təəccüblü dərəcədə yaxşı vəziyyətdə idilər.

Dondurulmuş monqol mumiyaları dövrün elitasına aiddir. Qəbir daşları ilə birlikdə basdırılan və incə materialdan geyinmiş insanların yüksək sosial statusa sahib olduqları görünür. Bu son araşdırma üçün tədqiqatçılar Monqol imperatorluğunun aristokratlarının həyat tərzini anlamaq üçün qalıqları təhlil etməkdə xüsusilə maraqlı idilər. Qədim diş daşlarında olan zülalları araşdırdıqdan sonra qrup, bu insanların at, qoyun, keçi, inək və ən əsası yak südü içdiklərinə dair birbaşa dəlil tapdı.

Komanda, yakların dəlillərini tapmaqdan xüsusilə məmnun idi, çünki bu heyvanlar Şərqi Avrasiyanın dağlıq bölgələrində insan mədəniyyətində son dərəcə əhəmiyyətli bir rol oynayır. Bu sərt mühitdə yaşamaq üçün də vacibdir, yüksək kalorili qida mənbəyi, isti tekstil üçün qalın saçlar və mum kimi sağlam məhsullar istehsal etmək üçün yağ təmin edir.

Miçiqan Universitetinin Antropologiya professoru Alicia Ventreska-Miller tapıntılardan danışdı: Ən vacib tapıntımız, bogtog adlı ağcaqayın qabığı papağında və beş pəncəli qızıl əjdaha təsviri olan ipək paltarında basdırılmış elit bir qadın idi. Apardığımız proteomik analiz bir qadının ömrü boyu yak südü içdiyini göstərdi. Bu da öz növbəsində bu heyvanın bölgədə uzunmüddətli istifadəsini və elit hökmdarlarla əlaqələrini təsdiqləməyimizə kömək etdi.

İqlim səbəbiylə tapılan cəsədlər talan təhlükəsi altındadır.

J. J.Max Planck insan Tarixi İnstitutu və Monqolustan Milli Muzeyinin tədqiqatçısı J. Bayarsaikhan əlavə etdi: “Seramik qablar Monqol imperatorluğunun elitasının uzun müddətdir davam edən dini fikirlərini və gündəlik həyatını ortaya qoyan süddən hazırlanan  fənərlərə  çevrildi".

Dondurulmuş torpaq qatının əriməsi elm adamlarının cəsədləri tapmasına kömək etsə də, tarixi qalıqları talan edilməsinə qarşı daha da həssas edir. Temperatur yüksəlməyə davam edərsə və donmuş torpaq daha da pisləşərsə, həm burada, həm də xaricdə bəzi dondurulmuş arxeoloji qalıqların lazımi qiymətləndirmə olmadan məhv edilə biləcəyindən qorxulur.

Buzlaqların əriməsi əvvəllər Viking sivilizasiyası ilə bağlı müxtəlif suallara cavab verirdi.

Mənbə: kayıprihtim.com

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et