Bu gün:

Günəş tutulması psixologiyaya necə təsir edir?


Xüsusilə, Şimali Amerikada müşahidə edilən Günəş tutulması hadisəsi aprelin 8-də baş verib. Alimlər iddia edirlər ki, bu cür heyranedici kosmoloji hadisələr psixologiyamıza güclü təsir göstərə bilər.

Mükafatlı elm yazıçısı Devid Robinson BBC Future üçün günəş tutulmasının mümkün təsirləri haqqında yazıb.

Miladdan əvvəl (e.ə.) 585-ci il... İndiki Anadolu torpaqlarında İran sərhədləri daxilində yaşayan Midiya ilə bugünkü Türkiyənin cənubunda hökmranlıq edən lidiyalılar 6 ildir mübarizə aparırdılar. Yunan tarixçisi Herodotun fikrincə, müharibənin sona çatacağına dair heç bir əlamət yox idi və tərəflərdən heç biri irəliləyiş əldə edə bilməzdi.

Araşdırmalar göstərir ki, bu heyrətamiz hadisənin şahidi olmaq bizi daha təvazökar olmağa və başqalarına qayğı göstərməyə ruhlandırır.

Uzun müddət elmi araşdırmalara daxil edilməyən heyranlıq hissi son 20 ildə artan maraq sahəsinə çevrilib.

Emosiya bizi kiçik hiss etdirən genişlik qavrayışının səbəb olduğu maraq və heyrət hissi kimi müəyyən edilir.

Universitetdə psixoloq Cennifer Stellar deyir: "Bu çox böyük olan və dünyaya baxışınızı çətinləşdirən bir şeyi qavradığınız zaman əldə etdiyiniz hissdir. Bu, qəbul edilə bilməyəcək qədər qeyri-adi olan bir obyektə və ya şəxsə qarşı hissdir". 

Mənbə: BBC NEWS Türkçe

Tərcümə etdi: Şəbnəm İbrahimxəlilova 

Paylaş
Şərh əlavə et