Bu gün:

Kağız reseptlər yığışdırılacaq?


24media.az-ın növbəti qonağı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosent, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyevdir. O, apteklərdə yaşanan problemlər barəsində danışıb.


Yolu aptekə düşən insanlar çox zaman əczaçılardan şikayətlənirlər. Əsas şikayətlər adətən dərmanları tanımamaq, səhv dərmanlar vermək, həkimin yazdığı resepti düzgün oxumamaq və sairlə bağlıdır. Bəs, görəsən, mövcud problem nədən qaynaqlanır? Bu sahədə ümumi vəziyyət necədir? Bu problemlə bağlı Səhiyyə Nazirliyi tərəfindən monitorinqlər aparılırmı?

Reseptlərin oxunmaması deyə bir problem var. Bəzi həkimlərin xətlərini oxumaq problem olur. Digər tərəfdən isə əczaçılar digər dərmanları, yəni oxşar dərmanları təklif edirlərsə, bu artıq biznes maraqlarıdır. İndi bunların qarşısını almaq üçün elektron reseptlər məsələsi ortaya çıxıb, artıq qərar da qəbul olunub. Həkimlər dərmanları elektron sistemlə yazırlar və artıq orada səhv etmək mümkün deyil. Aptek artıq xəstəyə istədiyi dərmanı təklif edə bilməz. Çünkibrəqəmsal resept olduğu üçün o qalır, lazım olduqda istənilən istənilən şəxs xəstənin kodu ilə ona toxuna bilir. Yəni rəqəmsal olduğuna görə burada hər şey dəqiq və düzgün yazılır. Bu problemin cari həlli budur, kağız reseptlər yığışdırılacaq.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et