Bu gün:

Acqarına çay içəndə orqanizmdə nə baş verir?


Hindistan da daxil olmaqla bir çox mədəniyyətlərdə çay insanların günlərinin ayrılmaz hissəsidir. Bir sıra faydaları olsa da, çayın acqarına içilməsinin mənfi cəhətləri də var. 

Dr.Kutteri çayın bədənimizdəki oksidləşdirici zərərin qarşısını almaq üçün ən yaxşı içkilərdən biri olduğunu deyir. Həkimin sözlərinə görə, yaşıl çayın istifadəsinin sağlamlığa müxtəlif faydaları var. Zəncəfil çayı, nanə çayı kimi bitki çayları həzmi yaxşılaşdırmaqda çox faydalıdır.

Darçın çayı, yaşıl çay və hibiskus çayı bədənimizdə azot oksidinin səviyyəsini yaxşılaşdırmağa, həmçinin ürək-damar sisteminini normaya salmağa kömək edir. Çay qan damarlarının funksiyasını yaxşılaşdırır, iltihabı azaldır, həmçinin xolesterin səviyyəsini aşağı salır. Çayın tərkibindəki müxtəlif antioksidanlar və təbii kimyəvi maddələr bədənin immunitet sistemini gücləndirməyə kömək edir. Çayın tərkibində olan polifenollar və flavonoidlər stressi aradan qaldırmağa kömək edir. 

Əksər insanlar oyandıqdan dərhal sonra və ya səhər yeməyi zamanı çay içməyə üstünlük verirlər. Bəs acqarına çay içmək doğrudurmu? 

Dr.Kutteri qeyd edir ki, acqarına çay içmək içdiyimiz çayın növündən asılı olaraq müsbət və ya mənfi təsir göstərə bilər. Kofeinsiz bitki çaylarını detoksifikasiya etmək məqsədilə səhər tezdən qəbul etmək yaxşıdır. Bununla belə, tərkibində yüksək kofein olan çaylar mədə yanması kimi ciddi həzm problemlərinə səbəb ola bilər. 

Əgər siz, ümumiyyətlə, çayı sevirsinizsə, və həmçinin sağlamlığınızı qorumaq istəyirsinizsə, daha sağlam seçimlərə keçin. Darçın, hibiskus, əhəng və zəncəfil çayı, şüyüd, hil çayı kimi bitki çayları insan sağlamlığı üçün çox faydalıdır.


Mənbə: Onlymyhealth

Tərcümə etdi: Gülay Orucova

Paylaş