"Sürətlə kökəlirəm, amma arıqlaya bilmirəm" diqqətli olun! Bu 9 vərdiş sizi kökəldir.
Etdiyiniz bəzi şeylər "sağlam" görünə bilər , lakin əslində sizi çəki itirmə prosesinizdən yayındıra bilər. Buna görə kökəlmənizə səbəb olan bu gizli kiçik vərdişlər haqqında eşitsəniz təəccüblənərdiniz.

Əlavə protein olmadan nahar üçün salat yemək
Təzə tərəvəzlərlə qarışdırılmış salata sahib olmaq ağıllı bir hərəkətdir, lakin zülalı da atlamayın! Hər yeməyə protein əlavə etmək, özünüzü tox hiss etmək və arıqlamaq üçün vacibdir. Young izah edir: "Protein günün gec saatlarında yeyə biləcəyiniz qida miqdarını azaltmaqla daha uzun müddət toxluq hiss etməyə kömək edir". "Tədqiqatlar göstərdi ki, yüksək proteinli pəhrizlər bədən çəkisini azalda bilər və həddindən artıq yemək/lazımsız qəlyanaltıları aradan qaldıra bilər."
Ağrıkəsici qəbul edin
Ağrıkəsici dərmanların qəbulunun ümumi yan təsiri qəbizliklə mübarizədir. Qidalanma Əkizləri, son bir neçə gündə istehlak etdiyiniz bütün qidaların tərəzi nömrəsinə daxil edildiyini nəzərə alaraq, bağırsaqlarınızı hərəkət etdirə bilməməyin sürətli çəki artımına səbəb ola biləcəyini söyləyirlər.
Tərkibində ətir olan məhsulların istifadəsi
Bu, çox gizli, inanılmaz dərəcədə ümumi bir vərdişdir və yəqin ki, çəki artımı ilə əlaqələndirməyəcəksiniz. Lakin The Nutrition Twins xəbərdarlıq edir ki, sevdiyiniz ətirli bədən losyonları, saça qulluq məhsulları və hətta inqrediyentlər siyahısında olan ətir tərkibli təmizləyicilər də hormonlarınızı pozan və piylənməni təşviq edən "kimyəvi maddələr sinfi" olan ftalatlar ola bilər.
Mənbə: HaberTürk
Tərcümə etdi: Xədicə Cabbarlı
