Bu gün:

Arıqlamağa mane olan səbəblər


Arıqlamaq hər kəsə uyğun bir proses deyil və sizin üçün uyğun olan başqası üçün işləməyə bilər. Bizim arıqlamağımızda rol oynayan unikal genetik quruluşumuz var. Bu vəziyyət fərdi həyat tərzimizə və arıqlamamıza da təsir edir. Nə qədər yediyiniz, seçdiyiniz qida növləri, məşqlərin tezliyi, onun növü, stress səviyyələri və yuxu rejimi arıqlamaq qabiliyyətinizdə rol oynaya biləcək həyat tərzi faktorlarından yalnız bir neçəsidir. 

Yemək seçimlərinə gəldikdə, bütün kalorilər bərabər yaradılmır. Buna görə, nəyin bahasına olursa olsun, çəkinməli olduğunuz arıqlamağa mane olan bir neçə qidanı sadaladıq.

 


 Məqsədiniz arıqlamaqdırsa, yediyiniz qidalara diqqət etməlisiniz. Yeməklərin kalori və qramlarını izləmək də faydalı ola bilər, lakin müəyyən qidaları pəhrizinizdən çıxarmaq hədəflərinizə doğru irəliləmək üçün kifayətdir. Bütün arıqlama planları qida qəbulunu maksimum dərəcədə artırmaq, həmçinin,  çatışmazlıqların qarşısını almaq üçün müxtəlif qida seçimlərini əhatə etməlidir. Yağsız protein, liflə zəngin taxıllar, meyvələr, tərəvəzlər, sağlam yağlar və süd alternativlərinə diqqət yetirmək başlamaq üçün əla yerdir. Tərəqqinizi daha da artırmaq üçün arıqlamağınızı ləngidə bilən aşağıdakı qidalardan qaçın.

Ağ çörək

Ağ çörək çox yüksək kalorili olmasa da, tərkibində az miqdarda lif olduğu üçün yeməkdən dərhal sonra aclıq hissi yarada bilər. Lif toxluğu artırdığı bilinir və araşdırmalar göstərir ki, pəhriz lifi qəbulu daha az bədən çəkisi ilə əlaqələndirilir.

Pəhrizinizdə lifi artırmaq üçün ağ çörəyinizi tam taxıllı və ya tam buğdalı seçimlərlə əvəz edin. Bundan əlavə, yerli mağazanızda çörək seçimlərinə baxarkən lif tərkibini müqayisə edin və daha yüksək nömrəliləri seçin. Aşağı lifli ağ çörəyinizi bu vacib qidadan bir neçə qram ehtiva edən bir seçimlə əvəz etmək, toxluq hissini artıra və gün ərzində ümumi kalori qəbulunu azalda bilər.

Cips

Çoxlarının sevdiyi duzlu kartof çipsləri arıqlamaq səylərinizi dayandıra bilər. Əslində, bir araşdırma kartof cipsilərinin kartof, qırmızı ət və şəkərlə şirinləşdirilmiş içkilər də daxil olmaqla digər adi qidalara nisbətən, hər porsiyada daha çox çəki qazanmasına kömək etdiyini göstərdi.

Mənbə: Habertürk

Tərcumə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et