
Sağlam olmayan həyat tərzi, qida seçimləriniz damarlarınızda yağın yığılmasına səbəb olaraq ürəyinizin sağlamlığına zərər verə bilər. Bəs damarların tıxanmasının qarşısını hansı qidalarla ala bilərik ?
• Tərəvəzlər
Brokoli, kələm və gül kələm kimi tərəvəzlər tıxanmış damarların inkişaf riskini azaltmağa kömək edə bilər. 2009-cu ildə Britaniya Ürək Fondunun “Arteriosclerosis Thrombosis and Vascular Biology” jurnalında dərc olunmuş araşdırması brokoli, kələm və gül kələm kimi tərəvəzlərdə olan kimyəvi maddələrin damarları xəstəliklərdən qoruduğunu tapıb.
•Yaşıl yarpaqlı tərəvəzlər
İspanaq və kələm kimi yarpaqlı tərəvəzlərin də damar problemlərinin qarşısını aldığı deyilir. British Journal of Clinical Pharmacology-də dərc edilən bir araşdırma yarpaqlı göyərti və çuğundurda olan mineralların (nitrat və kalium) xüsusilə ateroskleroz və ya damarların tıxanması kimi vəziyyətlərin qarşısının alınması baxımından təsirli ola biləcəyini qeyd edib.
•Ağ ət
Ağ ətə ilk növbədə toyuq, hinduşka və balıq əti daxildir. Dr.Bhat yarpaqlı tərəvəzlərlə yanaşı, damarların tıxanma riskini azaltmaq üçün insanlara ağ ət yeməyi də tövsiyə edir.
•Fındıq
Müxtəlif növ qoz-fındıq zülal, lif, sağlam yağlar, vitaminlər və minerallarla zəngindir. Bir sıra tədqiqatlar qoz-fındığın istifadəsinin ateroskleroz riskini azaltmaqla yanaşı, xolesterol səviyyəsini normaya sala biləcəyini də irəli sürüb.
Mənbə: Onlymyhealth
Tərcümə etdi: Gülay Orucova
