Bu gün:

Çox şokolad yemək orqanizmə necə təsir edir ?


Həddindən artıq şokolad yemək həzm problemləri, şəkər və kofeinin normadan artıq dozası, çəki artımı və allergiya kimi müxtəlif yan təsirlərə səbəb ola bilər. Şokolad bütün dünyada insanlar tərəfindən sevilən bir qidadır. İstər südlü, istər tünd, istərsə də ağ şokolad ləzzəti ilə tanınır. Bununla belə, bir çox qidalar kimi şokoladın da zərərləri var. 

•Həzm problemləri

Həddindən artıq şokolad yemək şişkinlik, qəbizlik və mədə ağrılarına səbəb ola bilər. Şokoladın tərkibində yüksək miqdarda yağ, şəkər, kofein var və normadan artıq istifadə edilməsi bağırsaqda zərərli bakteriyaların böyüməsinə, həzm narahatlığına səbəb ola bilər. 

• Şəkərin çoxluğu 

Şokoladın həddindən artıq istifadəsi yorğunluq, əsəbiliklə nəticələnə bilər. Artıq şəkər istifadəsi çəki artımına, yüksək qan təzyiqinə və diabet riskinin artmasına səbəb ola bilər.

• Yüksək kofein dozası

Şokolad yorğunluğu azaldır və əhval-ruhiyyəni artırır. Bununla belə, çox şokolad yemək kofeinin həddindən artıq dozasına səbəb ola bilər ki, bu da əsəbilik, narahatlıq, yuxu rejiminin pozulmasına və ürək döyüntüsünün dəyişməsinə səbəb ola bilər. 

• Çəki artımı

Şokolad kalorili və yağlı olduğu üçün onun çox yeyilməsi çəki artımına səbəb ola bilər. Şokolad meyvə və tərəvəz kimi daha sağlam qidaları əvəz edərsə, bu xüsusilə problemli ola bilər.

• Allergik reaksiyalar

Bəzi insanların şokoladın tərkibindəki süd məhsulları, qoz-fındıq kimi qidalara allergiyası ola bilər. Bu vəziyyətdə çoxlu şokolad yemək allergik reaksiyaya səbəb ola bilir ki, bu da qaşınma, şişkinlik və tənəffüs çətinliyi kimi əlamətlərə səbəb olur. Ağır hallarda allergiya həyat üçün təhlükə yarada bilər. Buna görə də allergiya yarada biləcək qidalardan çəkinmək vacibdir.

Mənbə: Onlymyhealth

Tərcümə etdi: Gülay Orucova 

Paylaş