Bu gün:

Uşaqların açıq havada niyə üşümədiyi məlum olub


Uşaqların niyə böyüklər kimi çöldə üşümədiyi bəlli oldu. Alimlər deyirlər ki, böyüklərin daha çox üşüməsinin və kiçiklərin soyuq şəraitdə belə xoşbəxt olmasının bir səbəbi var.

İngiltərənin Reading Universitetindən hüceyrə və orqanizm maddələr mübadiləsi üzrə mütəxəssis Dr. Dayn Sellayah bildirib ki, uşaqlarda bu qabiliyyət qəhvəyi yağda olan unikal zülalla bağlıdır.

Qəhvəyi yağlar istilik yaradaraq bədənin daxili temperaturunu 37 dərəcə saxlayan xüsusi piy hüceyrələri ikən qarın, omba və çənə ətrafında çox görülən ağ yağdan fərqli olaraq, qəhvəyi yağlar görünməz və yığcam şəkildə, xüsusən də, ətrafın dərinliklərinə yayılır.

Böyüməyə doğru

O, yeni doğulmuş körpənin bədən yağının təxminən 5 faizini təşkil edir, lakin yaşla birlikdə səviyyələr tədricən aşağı düşür və böyükləri soyuq temperaturlara qarşı daha həssas edir. Qəhvəyi yağ səviyyəsi yetkinlik yaşına qədər düşməyə başlamır, bu da gənclərin niyə soyuqlara daha az həssas göründüyünü izah edə bilər. Bəzi ekspertlər hesab edirlər ki, böyüklər soyuqdəyməyə məruz qalaraq öz qəhvəyi yağ səviyyəsini artıra bilərlər. Buna görə də, soyuğa daha çox məruz qalma, bir çox fərqli hüceyrələr tipinə çevrilə bilən kök hüceyrələrin ağ yağ yerinə qəhvəyi yağ hüceyrələrinin meydana gəlməsinə səbəb ola bilər.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili


Paylaş
Şərh əlavə et