Bu gün:

Piza qülləsi niyə əyridir?


Piza qülləsi İtaliyanın Piza şəhərində möcüzələr meydanında yerləşən binadır. XI əsrdə tikintisində bəzi səhv hesablamalara görə maili tikili kimi tarixə düşüb. Dünyanın hər yerindən turistlər Piza qülləsini görmək üçün İtaliyaya gəlirlər. 1173-cü ildə inşasına başlanılan qüllə 5 il dik dayanıb. Üçüncü mərtəbə bitdikdən sonra ağırlıqdan əyilməyə başlayıb.

Araşdırmalara görə, əyilmənin səbəbi qüllənin altındakı gillərin möhkəm olmaması olub. Bünövrəsi möhkəm olmasa da, zamanla əyilməyə davam edirdi. Onun tikintisi təxminən 100 il dayandırıldı. Dördüncü mərtəbə 1272-ci ildə məşhur bir memar tərəfindən əlavə edilmişdir. Bu arada əyriliyi düzəltmək üçün müəyyən işlər görüldükdə vəziyyətin bir az da xilas ola biləcəyi düşünülürdü. 

Əslində bu işlər qüllənin bir az daha əyilməsinə səbəb oldu. Onun təməlinə yaxın yol açmaq istədilər ancaq bu yolun dəniz səviyyəsindən aşağıda, su ilə dolu olması səbəbindən yeni yol açılıb. Məşhur Piza qülləsi indiki əyriliyinə çatdı. 90-cı illərdə getdikcə daha çox əyilən qüllə bərpa işləri ilə əlaqədar 10 il bağlanıb. Bu gün də salamat qalan qüllənin dağıdılmamasının səbəbinin onun çəkisi olduğudur.

Mənbə: Hürriyet

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et