Bu gün:

Göz səyirməsi - Abuta Ağayeva ilə "1 sual 1 cavab"


24media.az-ın ”1 sual, 1 cavab” rubrikasının  budəfəki müsahibi Erkən Uşaqlıq Dövründə İnkişaf üzrə mütəxəssis, nevroloq Abuta Ağayevadır.  O, göz səyirməsi və onun müalicəsi haqda danışıb.

-Göz səyirməsinin yaranmasına səbəb nədir?

Göz səyirməsi təhlükəsiz olsa da, gündəlik həyatımızda narahatlıq yarada bilir. Göz səyirməsinin yaranma səbəbləri xroniki yorğunluq, düzgün qidalanmamaq,  allergiya, günəş şüalarının fəsadları, külək və tozun mənfi təsiri, kafein qəbulu, fiziki gərginlik və göz quruluğudur. Göz səyirməsinin qarşısını almaq üçün telefon, kompüterdən uzaq qalmaq, günlük 8 saat yataraq yuxu rejiminə əməl etmək lazımdır. Göz səyirmələri bir neçə saniyədən bir neçə qədər təkrarlana bilər. Amma adətən bir neçə saniyə müşahidə olunur. Adətən yüngül formalarına rast gəlinsə də, ağır spazmla da müşahidə oluna bilir. Göz səyirmələri heç bir periodla əlaqəli deyil və ağrısız prosesdir. Amma insanda narahatlıq hissi yaradır.

24media.az xatırladır ki, gözün səyirməsi "təkrarlanaraq gözün üst qapağında baş verən spazm tutması"dır. Baş verən bu spazm bir və ya hər iki gözdə meydana çıxa bilir. Bəzi mütəxəssislər bunu göz əzələsinin qıcolması kimi qəbul edirlər. Bu qıcolmalar isə bəzən bir-neçə gün davam edir və sonra öz-özünə aradan qalxır.

Lalə Mənəfova

Paylaş
Şərh əlavə et