Bu gün:

Piramida deyəndə ağlımıza ilk Misir gəlməlidirmi?


Piramidalar dedikdə ağlınıza Misir gəlir. Parlaq Giza Piramidaları dünya miqyasında bir fenomenə çevrildi və hamıya məlumdur. Bununla belə, piramida strukturları da misirlilərlə eyni vaxtda və onlardan uzaqda müxtəlif sivilizasiyalar tərəfindən tikilmişdir. Bir-biri ilə əlaqəsi olmasa da, bu üçbucaqlı tikililər eyni dövrün insanları üçün son dərəcə əhəmiyyətli idi.

Tikinti və mühəndisliyin ən yüksək nöqtəsi sayılan nəhəng piramidaların necə tikildiyi bu gün də tam həllini tapmayıb. Döşəmədən tavana qədər daralaraq metr hündürlüyə çatan nəhəng daşlardan necə istifadə olunub?

Dünyanın ən qədim piramidası Misirdəki 4700 yaşlı Djozerdir. Ən böyüyü Meksikadakı Choluladır. Xüsusilə, Peru, Sudan, Meksika, İtaliya və İraqda bir çox qədim piramidalar öz sirlərinin açılacağını gözləyir.

Zoser piramidası / Saqqara - Misir / eramızdan əvvəl 2660

Giza piramidalarından bir əsr əvvəl tikilmiş Zoser piramidası Misirdəki yüzlərlə piramidanın ən qədimidir. Firon Zoser tikəndə o vaxta qədər firon məzarlarının üstü düz idi. Kurqanların üst-üstə qoyulması ilə inşa edilən Zoser memar İmhotepin əsəridir. Misirdə Üçüncü sülalənin ilk padşahı Zoserin hakimiyyəti haqqında az şey məlumdur. O dövrdə qəbir soyğunçuları ilə məşğul olmaq üçün piramidanın içərisində tunellərdən ibarət labirint inşa edilmiş və dəfn kamerasının xaricində çoxlu boş kameralar tikilmişdir.


Günəş Piramidası / Teotihuacan - Meksika / eramızdan əvvəl 100

Beş qatda tikilmiş və hündürlüyü 65 metr olan Günəş Piramidası Teotihuakandakı piramidaların ən böyüyü və ən möhtəşəmidir. Ölülər prospekti ilə onun yanındakı Ay Piramidasına bağlandı. Ərazidəki qırmızı iri vulkanik qayalardan oyulmuşdur. Piramidanın qərb qanadında 248 möhkəm pilləkən var. 1970-ci illərin əvvəllərində piramidanın altında nəhəng mağara və tunel sistemləri üzə çıxarıldı və bu tunellərin şəhərin hər yerində tapıldığı anlaşıldı. Günəş Piramidasını kimin tikdiyi və tikilmə məqsədi ilə bağlı çoxlu məlumatlar var. Bəzi arxeoloqlar piramidanın ilk dövrlərində onun üstündə məbədin ola biləcəyini düşünürlər.

El Castillo / Yucatan - Meksika / eramızdan əvvəl 1000

Maya sivilizasiyasının ən möhtəşəm qalıqlarından biri də Kukulcan məbədi kimi tanınan və ya daha çox El Castillo kimi tanınan Çiçenİtza Piramidasıdır. Bu piramida olduqca diqqətəlayiq astronomik əlaqələrə malikdir. Hər üzdə 91 rəqəm və bütün piramidada ilin günlərini təmsil edən 365 addım var. Onun ən füsunkar xüsusiyyəti odur ki, yaz və payız bərabərlikləri zamanı işıq və kölgə şimal pilləkəninin yaxınlığında bir sıra üçbucaqlar əmələ gətirir, kölgələr hərəkət edən ilan şəklini alır. Çiçen İtza böyük təhlükə altındadır, geoloqlar piramidanın altında 20 metr dərinlikdə çuxur aşkar ediblər və struktur bu çuxura çökmək təhlükəsi ilə üzləşib.

Prang Məbədi / Koh Ker – Kamboca / 940-cı il

Kambocanın qədim paytaxtı Koh Ker, 100-ə yaxın məbədi olan sehirli bir yerdir. VI. Cayavarman dövründə tikilmiş bu tikililər arasında 35 metr hündürlüyündə 7 pilləli piramida ucalır. Koh Kerdəki bir çox abidə və heykəl hökumətlər tərəfindən ya talan edilmiş, ya da muzeylərə aparılmışdır. Ətrafındakı minalara görə illərdir heç kimin girə bilmədiyi Koh Ker, yenicə təmizlənərək xalqın istifadəsinə verilib.

Xeops Piramidası / Qahirə - Misir / eramızdan əvvəl 2560

Qədim dünyanın ən böyük və ən möhtəşəm əsərlərindən biri olan Giza Piramidaları 3 fərqli piramidadan ibarətdir. Khafre, Mikerinos və Cheops, aka Khufu və ya Böyük Piramida. Xeops firon Xufu üçün tikilib və min illər boyu süni tikililərin ən böyüklərindən biri olaraq qalıb. Çəkisi 50 tondan artıqdır və təxminən 2 milyon 300 min blokdan ibarətdir. O, yerli karxanadan gətirilmiş kobud yonulmuş daşlardan hazırlanmışdır. İçəridəki kameralar və labirint tunelləri piramidanın xaricindən daha maraqlıdır. Hətta yarımçıq otaq da var ki, onun nə olduğu hələ məlum deyil.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova


Paylaş
Şərh əlavə et