Bu gün:

Bəziləri rok, bəziləri klassik... Budur ev heyvanlarının musiqi seçimləri...


Hamster hip-hop, pişik klassik musiqi... Ev heyvanlarının da musiqi zövqü var. Tədqiqatçılar heyvanların musiqiyə heç də biganə olmadığını aşkar ediblər.

Bir az qarın masajı, əyləncəli oyuncaq və yemək... Ev heyvanlarının bu ehtiyaclarını qarşılamaq kimi görünsə də, əslində, onların incəsənətə, xüsusən də, musiqiyə ehtiyacı var. İngiltərədəki ev heyvanları sahibləri arasında aparılan sorğuya görə, ev heyvanlarının yarısı müəyyən musiqi növləri çalındıqda həyəcanlanır. İtlərin üçdə birindən çoxu rok, pişiklərin isə 30 faizi klassik melodiyaları sevir. Hamsterlərin 40 faizindən çoxu hip-hop və rep ritmlərindən həzz alır.

Sorğunu aparan Rebecca Downes Music-in sözçüsü dedi: “Ev heyvanları da musiqini insanlar qədər sevirlər və müxtəlif heyvanların reaksiya verdikləri sevimli musiqi növləri var. Onların bəziləri rəqs edir, bəziləri isə insanlar kimi hoppanır və ya həddən artıq həyəcanlanırlar. Heyvan sahibi musiqiçilərin 94%-i deyir ki, ev heyvanları onlara rahatlıq bəxş etməklə yanaşı, yaradıcılığı artırır.

Mənbə: Sözcü

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et