Bu gün:

Ürək xəstəliklərinin müalicəsində ilkin nə tətbiq olunur?


24 media.az-ın "1 sual və 1 cavab" rubrikasının növbəti qonağı Elmi Tədqiqat Kardiologiya İnistitutu, Artioloji İşıq Sanatoriyasının həkim kardioloqu və Tibb üzrə fəlsəfə doktoru Aliyeva Könül Rafiq qızıdır.

O, ürək xəstəliklərinin müalicəsində ilkin olaraq, hansı müalicə metodlarından istifadə olunması barədə danışıb.

 -Ürək xəstəliklərinin müalicəsində ilkin olaraq, nələr tətbiq olunur?

Ürək xəstəliklərinin müalicəsində ilkin olaraq diaqnoz qoymaq üçün rutin müainə metodlarından istifadə olunur. YKK, EXO lipit profilinə baxılır. Ehtiyac olarsa, əlavə metodlarından istifadə olunur. Holter müalicə metodlarından istifadə olunur və dəqiq diaqnoz qoyulur. Xəstəliyin gedişatından asılı olaraq xəstəliyə əsasən müalicə tətbiq olunur. Ürəkçatışmazlığıdırsa, qida rejiminə, suduz mübadiləsinə, həyat tərzinə və bizim ÜST-ün verdiyi protokola əsasən individual olaraq yanaşı xəstəliklərini nəzərə alaraq müalicə tətbiq olunur.

Məlum olduğu kimi 2014-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 23 iyun 2014-cü il tarixli 31 saylı qərarı “Ürək-damar sistemi xəstəliklərinin profilatikası” adlı klinik protocol təsdiq edilərək, nəşr etdirilib. Protokola əsasən ürək-damar sistemi xəstəliklərinin müalicəsi mütləq şəkildə profilaktik tədbirlərdən başlanır.

Protokola əsasən ÜİX səbəbindən baş verən ölüm hallarının azalmasının 50%-i risk faktorlarına təsir etməklə, 40%-i isə müalicənin yaxşılaşdırılması ilə əldə edilir. Aşağı riski olan insanlara həmin statusu saxlamaq təklif edilməlidir. Protokola əsasən əsas riksk faktorları araşdırılıb və göstərilib ki,  risk >10% olduğu zaman isə xəstələrin əksəriyyətinə medikamentoz müalicə təyin olunur.

-Hipertenziyaya qarşı müalicəni başlamaq qərarı AT-nin səviyyəsindən və ümumi ürək-damar riskindən asılıdır. III dərəcə hipertenziya olduqda və eləcə də yükcək ümumi ürək-damar riski ilə müşayiət olunan I və II dərəcəli hipertenziya olduqda dərhal dərman terapiyası başlanmalıdır.

-Tütünçəkmədən imtinanın gücləndirilməsi üçün nikotin əvəzedici terapiya (NƏT), bəzi hallarda vareniklin və ya bupropion təyin edilir.

-Aterosklerozun klinik təzahürləri olmayan ŞD xəstələrində aspirin vasitəsilə antitrombositar terapiyanın aparılması məsləhət görülmür.

Kəskin koronar sindrom zamanı və ardınca gələn 12 ay ərzində yüksək qanaxma riski kimi əks-göstərişlərin olmadığı halda ikiqat antitrombositar terapiyanın aspirin ilə birlikdə P2Y12 inhibitoru (tikaqrelor və ya prasuqrel) vasitəsilə aparılması tövsiyə olunur.

-Miokard infarktından sonra ürəyin işemik xəstəliyinin (ÜİX) xronik mərhələsinin (>12 ay) ikincili profilaktikası zamanı aspirin qəbulu tövsiyə olunur

-Qeyri-kardioembolik tranzitor işemik həmləsi və ya işemik insultu olan xəstələrə aspirinlə birlikdə dipiridamol və ya yalnız klopidoqrel qəbulu tövsiyə olunur

-Yüksək qanaxma riski ilə əlaqədar olaraq aspirin və ya klopidoqrel ürək-damar və beyin-damar xəstəlikləri olmadıqda pasiyentlərə tövsiyə edilmir.

Pərvanə Abbasova

Paylaş
Şərh əlavə et