Bu gün:

"Fəsillərin sərhədləri silinir..."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı ekoloq, iqlimşünas Məhərrəm Mehdiyevdir. O, bu günlərdə özünü göstərən dəyişkən hava haqda danışıb.


Hazırda Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda qar yağıb. May ayında bu cür hava şəraitinin olması insanların narahatlığına səbəb olub. Bəs mayda qış havası bizə nə vəd edir?

Hidroloqlar üçün belə hadisələr təəccüblü deyil, onlar bir çox hadisələri görmüş adamlardır. Yəni müəyyən dövrlərdə fərqli hava şəraitləri ilə üzləşmişik. Olub ki, may ayında qısa köynəklə çölə çıxırdıq, bəzi illərdə isə plaşda da çıxmışıq, təəccüblü bir şey deyil. Təəccüblü olan odur ki, fəsillərin müəyyən qədər yerdəyişməsi var, bununla da fəsillərin sərhədləri silinir. Payız-yaz, yaz-yay bilinmir və s. Bu da, həqiqətən, bir çox komponentlərdən asılıdır. Bir tərəfdən, iqlim dəyişmələri, digər tərəfdən, vulkanik püskürmələr, El Nino hadisələri, dünyanın ən məşhur hava cərəyanı olan qolfstrimin sürətinin azalması, bütün bunlar birlikdə bu hava durumlarına təsir etmiş olur. Bu iki-üç günün havasından belə başa düşürəm ki, qərb küləkləri əsir, dağ üstündən gələn hava soyuq havadır və gələn buludlar məhz isti cərəyan hissəsinə düşəndə yağışlar da, qar da ola bilər və s. 

Gülay Qəribova

Paylaş
Şərh əlavə et