Bu gün:

Yay qripi nədir? Simptomları hansılardır?


Yay qripi nədir?  Simptomları hansılardır?

İnsanlar yay aylarından, ümumiyyətlə, günəşli və isti havalardan zövq aldıqları halda, yay qripi adlanan xəstəliklə qarşılaşa bilərlər. Yay qripi mövsümi virus infeksiyasıdır və adətən yay aylarında baş verir.

Yay qripi qrip viruslarının yaratdığı infeksiyadır. Xüsusilə, yay aylarında baş verən və adətən A və B qrip viruslarının törətdiyi infeksiya olan yay qripi tənəffüs yolu ilə asanlıqla keçə bilir. Bu viruslar öskürək və asqırma yolu ilə havaya yayıla və digər insanlara yoluxa bilər. Xəstənin ağzı və ya burun sekresiyaları ilə təmasda olan səthlərə toxunmaqla da ötürülə bilər.

Yay qripinin yay aylarında daha çox yayılmasının bir neçə səbəbi var. Birincisi, isti hava və rütubətli mühit virusların daha uzun müddət yaşamasına və ötürülmə riskinin artmasına səbəb olar. Bundan əlavə, insanlar yay aylarında daha çox sosial qarşılıqlı əlaqədə olurlar ki, bu da infeksiyanın asan yayılmasına kömək edə bilər. Tətil dövrləri, düşərgələr, çimərliklər və izdihamlı tədbirlər kimi yay fəaliyyətlərinin də infeksiya riskini artırması mümkündür.

Yay qripinin simptomları çox vaxt soyuqdəymə simptomlarına bənzəyir. Yüksək hərarət, baş ağrısı, boğaz ağrısı, burun tıkanıklığı və ya burun axması, öskürək, zəiflik və yorğunluq kimi simptomlara tez-tez rast gəlinir. Bəzi hallarda ishal və ya qusma da baş verə bilər. 

Bu simptomlar adətən infeksiyadan 1-4 gün sonra görünür. Yay qripi simptomatik müalicə ilə idarə olunur. İstirahət, çoxlu maye içmək, qızdırma salan dərmanlar, burun tıkanıklığı üçün spreylər və öskürək siropları kimi tədbirlər simptomları aradan qaldırmaq üçün görülə bilər. Bundan əlavə, gigiyena qaydalarına diqqət yetirmək, əlləri tez-tez yumaq və insanların sıx olduğu mühitlərdən qaçınmaq da infeksiya riskinin azalmasında mühüm rol oynayır.

Mənbə: medicalpark

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et