Bu gün:

Qədim Pompey şəhəri



İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən qədim Pompey şəhərində aparılan arxeoloji tədqiqatlar zamanı ortaya çıxan bəzi tapıntılar antik şəhərdəki "Antikvarium Muzeyi"ndə, şəhər daxilindəki evlərdə və hətta hamam xarabalıqlarında sərgilənir.


Məlumdur ki, eramızın 79-cu ildə baş verən vulkan püskürməsindən sonra Pompey şəhəri qısa müddətdə qaz və toz, kül və lava parçaları buluduna bürünmüş və bu səbəbdən də təxminən 2 min insan boğulma səbəbindən həyatını itirmişdir.


Qazıntılar zamanı arxeoloqlar təxminən 1150 cəsəd tapdılar. Əvvəlcə bu cəsədləri zədələmədən necə çıxaracaqlarını bilmədiklərindən, 1864-cü ildə qazıntılara rəhbərlik edən Cüzeppe Fiorelli yeni texnika hazırladı. Skeletlərin tapıldığı küllərdə bəzi dəliklər aşkar etdilər. İçəriyə baxanda skeletlər görünürdü. Fiorelli onlardan bu deşiklərə gips tökmələrini istədi. Bir neçə gün sonra gips quruyanda bərkimiş külləri çıxararaq cəsədləri çıxara biliblər.


Mənbə: antik dunyalar
Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et