Bu gün:

Uşaqlarda epilepsiya əlamətləri hansılardır?


Uşaqlarda epilepsiya əlamətləri hansılardır?

Epilepsiyanın ən bariz əlaməti təkrarlanan qıcolmalardır.

Epileptik tutma növləri fərqli ola bilər. Bəzi uşaqlarda epileptik tutmalar: Parlaq işıq görmək, dalma, pis qoxu, qorxu hissi kimi görünsə də, bəzi hallarda daha ciddi ola bilər. Xəstələrdə konvulsiyalar, titrəmələr, əzələ spazmları və düşmə hücumları kimi hərəkətlərin olması mümkündür.

Epileptik tutma zamanı anormal göz hərəkətləri baş verə bilər. Həmçinin bu zaman uşaqlar bəzən huşunu itirə, ətrafdan və özündən xəbərsiz ola bilərlər.

Tutmalardan sonra uşaqlar bəzən narahatlıq, çaşqınlıq və yorğunluq kimi qısamüddətli simptomlarla qarşılaşa bilərlər. Bəzən yarım saat davam edən yuxu dövrü ola bilər. Epilepsiyanın hər yaşda baş verməsi mümkündür. Uşaqlıq epilepsiyasında qıcolmalar erkən diaqnoz və effektiv müalicə ilə nəzarət altına alına bilər. Bu məsələdə uşaq nevroloqundan peşəkar yardım almaq vacibdir.

Mənbə: npistanbul

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et