Bu gün:

Astma nədir?


Astma nədir?

Astma ağciyərlərin uzun müddət davam edən xəstəliyidir. O, tənəffüs yollarının iltihabına və daralmasına səbəb olur və nəfəs almağı çətinləşdirir. Öskürək, hırıltı, nəfəs darlığı və döş qəfəsində sıxılma klassik astmanın simptomlarıdır. Şiddətli astma danışmağı və ya aktiv olmağı çətinləşdirə bilər. Bəzi insanlar astmaya “bronxial astma” deyirlər.

Allergik Astma

Bu, astmanın ən çox yayılmış formasıdır. Allergik və qeyri-allergik astmanın bir çox simptomları eynidir. Bununla belə, allergik astma alerjenlərin tənəffüs edilməsi ilə tetiklenir.

Allergen toz gənələri, ev heyvanlarının tükləri, polen və ya kif kimi adətən zərərsiz bir maddədən baş verə bilər. Əgər bir maddəyə qarşı allergiya varsa, o allergen immunitet sistemindən bir reaksiyaya səbəb olur. Mürəkkəb bir reaksiyada, bu allergenlər daha sonra ağciyərlərin tənəffüs yollarında olan keçidlərin iltihabına və şişməsinə səbəb olur. Bu, öskürək, hırıltı və digər astma simptomları ilə nəticələnir.

Uşaqlarda astma

Uşaqların əksəriyyətində 5 yaşına çatmamış astma simptomları olur. Bronxial borular, havanın ağciyərlərə daxil olub çıxmasına imkan verən keçidlər körpələrdə, yeniyetmələrdə və məktəbəqədər uşaqlarda kiçik və dardır. Qrip, döş qəfəsində soyuqdəymə və digər xəstəliklər bu tənəffüs yollarını bağlaya və onları kiçik edə bilər. Körpələrdə valideynlər və hətta həkimlər üçün simptomların astma ilə bağlı olduğunu başa düşmək çətin ola bilər.

Uşaqlıq astmasının simptomları günlərlə və ya həftələrlə davam edən öskürəkdən tutmuş qəfil və qorxulu tənəffüs yollarının fövqəladə hallarına qədər dəyişə bilər. Valideynlərin diqqət etməli olduğu bəzi ümumi simptomlar bunlardır:

• Xüsusilə, gecələr tez-tez öskürək,

• Nəfəs alarkən fit səsi,

• Qabırğa və ya boyun ətrafındakı dərinin sıx şəkildə çəkilməsinə səbəb olan nəfəs almaqda çətinlik, sürətli nəfəs alma

• Tez-tez soyuqdəymələrin döş qəfəsində yerləşməsi.

Mənbə: istanbul alerji merkezi

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et