Bu gün:

Paris niyə modanın paytaxtıdır?



Paris modanın paytaxtıdır, çünki modaya sənayeni ilk gətirən fransızlar olub. Bundan əlavə, moda ilk dəfə dəbdəbəli dad monarxiyasına görə Fransa tərəfindən qəbul edilib.

Fransa ilə üslub arasında ilk əlaqə XIV Lüdovikin sarayından gəlib. Bu padşah bütün gözəl şeylərə sahib olmaq və ya onları təcrübədən keçirtmək üçün birinci olmaq fikrinə düşüb, ona görə də onun sarayında dəbdəbəli mallar və geyimlər də daxil olmaqla hər şey zəngin olub. Bundan əlavə, kral öz çatışmazlıqlarını ört-basdır etmək üçün dəbdən istifadə edib. XIV Lüdovik keçəl olarkən o, qəribə pariklər taxırdı ki, bu da zadəganlar arasında böyük qıvrımlı pariklər taxmaq tendensiyası yaratmışdı. 1670-ci illərdə moda mətbuatında fransız tendensiyalarının işıqlandırılmasını artırmaq üçün icad edilib. Dəyişən tendensiyalar haqqında məlumat verən mətbuat moda mövsümü konsepsiyası kimi yeni ideyalar da icad etdi. Fransız monarxiyası nəhayət hakimiyyətini itirəndə burjuaziya moda sənayesinin istehlakçıları kimi hakimiyyətə gəldi. Bu nöqtədə Çarlz Fredrik Vors ilk moda markası və ya moda dizayneri olur və moda sənayesi bu gün mövcud olana bənzəməyə başlayır.

Mənbə: 411answers

Tərcümə etdi: Zəhra Niftiyeva



Paylaş
Şərh əlavə et