Bu gün:

İlk Roma imperatorunun itirilmiş evi tapıldı


Tokio Universitetinin arxeoloqlarından ibarət qrup Romanın ilk imperatoru Avqustun itirilmiş evini tapıb.



İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən Vezuvi dağı eramızın 79-cu ildə püskürdüyü zaman Pompeyi və bir çox digər mühüm qədim şəhərləri kül altında qoyub. Dəhşətli partlayış Roma İmperiyasına aid bir çox əsəri məhv etdi.

Bu püskürmənin üstündən təxminən 2 min il keçməsinə baxmayaraq, arxeoloqlar vulkanik lava, kül və palçığın udduğu sirrləri açmağa davam edirlər.

Tokio Universitetinin arxeoloqlarından ibarət qrup Roma İmperiyasının banisinin Vezuvi külünün altından çıxarılmağı gözləyən itmiş evini tapıb.


Mənbə: Cumhuriyet
Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et