Bu gün:

“Hətta elə rəssam var ki…”


24Media.az-ın növbəti qonağı rəssam Mehriban Əfəndidir. O, rəsm çəkməyə marağın hansı yaşlardan etibarən başladığından və yaxşı sənət əsəri yaratmaq üçün nə qədər müddət lazım olmasından danışıb.


-Sizcə, rəsm çəkməyə maraq hansı yaşlardan etibarən başlayır?

Müxtəlif insanların fərqli bacarıqları olur. Rəsm çəkməyə maraq çox zaman 5 yaşından başlayır. Məndə maraq 7 yaşından başlayıb. 5 yaşında isə daxili dünyamın hisləri oyanıb.

Adətən kiçik yaşlı uşaqlarda rəsmə böyük maraq olur və artıq 13-14 yaşlarda daha çox təffəkkürlə və daha ciddi şəkildə akademik rəsmə başlayırlar.

-Yaxşı bir sənət əsəri yaratmaq üçün nə qədər müddət lazımdır?

Əsl rəsm əsərinin yaranışına işlədilən texnika və materialların, istək və üslubların da təsiri var.

Mənim vaxt baxımından əsərlərim 3-6 ay arası olur. Bəzən isə çox qısa zamanda sulu boya ilə işlədiklərim olur. İlham pərisinin də böyük təsiri olur. Elə işlər var ki, çəkdiyim əsəri davamlı çəkmək istəyirəm. Əsas işin prosesidir.

Bir çox rəssamlar da fərqli zamanlarda işlərini çəkir. Hətta elə rəssam var ki, illərlə bir işi yaradır.

Müsahibimizin rəsm əsərləri ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz: 

http://www.mehribanefendi.com

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et