Bu gün:

Loqolar necə yarandı?


Loqolar necə yarandı?

Loqo (en. Logo) – çox zaman uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan, ilkin olaraq 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) Seymur Papert (Seymour Papert) tərəfindən işlənib hazırlanmış proqramlaşdırma dilidir. 

LOQO-da xüsusi komandalar icraçısı – Bağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, bağa da yerini dəyişən zaman iz qoya bilər. Onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da təkcə proqramlaşdırma dilinin vasitələrini deyil, həm də alqoritmləşdirməni asanca öyrənmək olar.

Bağa "obyekt-fikir" əlaqəsini təmin edir ki (əvvəlcə döşəmədə sürünən mexaniki tısbağa, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunurdu), bu da LOGO dilinə gözəllik və cazibədarlıq verir. Bağa çox mühüm keyfiyyətə malikdir: onun "istiqaməti" var ki, bu da özünü onunla eyniləşdirməyə və proqramın işinin əsas məntiqini asanca başa düşməyə imkan verir.

İlkin komandalar çox sadədir: onlar Bağanın neçə addım və məhz hansı istiqamətə (irəli, sağa, sola, geri) yerini dəyişməyi göstərir. Bağaya "hərəkət etməyi", yaxud "düşünməyi" öyrətmək, öz hərəkət və fikirlərini anlamağa vadar edir, buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur. Loqo genişlənəbilən dildir, yəni proqramlar mövcud olan deyimlərə əsaslanaraq təyin olunmuş deyimlərdən qurulur.

Məhşur loqolar kimin şərəfinə adlandırılıb?

Apple - Steve Jobs sevdiyi meyvənin adını elə öz yaratdığı şirkətə layiq bildi. 3 ay ərzində biznesə ad tapmayan işçilərə Steve ultimatum yollamışdır: 5 saat ərzində fərli ad tapmasanız mən şirkətin adını Apple qoyacam. İşçilər təəssüflənsədə şirkətin adı və logosu bossun sevimli alma meyvəsi oldu.

Adobe - sözü şirkətin banisi John Warnockun evinin arxasında axan çayın şərəfinə adlandırılmışdır.

Daewoo -Müəssisənin yaradıcısı Kim Woo Chong şirkətin adını qısa və lokanik şəkildə «Böyük Kainat» adlandırmışdır. Elə məhz Koreya dilindən belə tərcümə olunur.

Google - Bu ad Googol sözündən götürülmüşdür mənası isə 100 sıfırdan ibarət rəqəmin təkliyini bildirir. Amma şirkətin yaradıcıları investorlardan aldığı çeklərdə qısaldılmış şəkildə google yazdıqları üçün sonrada şirkəti elə məhz Google adlandırmağı qərara aldılar.

HP (Hewlett-Packard) – Şirkətin yaradıcıları Bill Hewlett və Dave Packard qəpik ataraq kimin Soyadının birinci qeyd olunacağını müəyyən etmişdilər. Nəticədə isə Bill qalib gəlmişdir.

Hotmail - Elektron poçtun yaradıcısı Jack Smith bir gün dünyanın istənilən nöqtəsində məktub almaq üçün xüsusi bir elektron ünvanı yaratmaq qərarına gəlmişdir. Ona yardımçı olan Sabeer Bhatia ilə birlikdə sonluğu mail ilə bitən bütün sözbirləşmələrində istifadə etməklərinə baxmayaraq iş zamanı tez tez isti çay içən oğlanların elə məktubların adınıda isti qoymaq qərarına gəldilər. Beləliklə bizə aydın olan HotMail sözü məhz belə yaranıb.

Kodak - K-hərfi Şirkətin banisi George Eastmanın ən sevdiyi hərf idi. O elə bir söz axtarırdı ki, həm K ilə başlayıb K ilə bitsin. Həmdə ki, K hərfi bütün əlifbalarda eyni cürə oxunub səslənir. Beləliklə o, KodaK sözünü seçdi. Onun dediyinə görə şəkil çəkən zaman fotokamera məhz kodak sözü kimi eşidilən səs çıxarır.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et