Bu gün:

Qaraciyər yağlanması demensiya riskini artırır



Qaraciyər yağlanması diabet, xərçəng və koronar arteriya xəstəliyi riskini artırmaqla yanaşı, beyin sağlamlığına da təsir edir. Dr. Onur Yaprak: "Araşdırmalar qaraciyər yağlanmasının ümumi demensiya riskini 16 faiz artırdığını göstərir”.

Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Onur Yaprak hər 3 nəfərdən birində müşahidə olunan qaraciyər yağlanması ilə demansiya arasındakı əlaqədən danışıb. O, qaraciyər yağlanması və piylənmənin cəmiyyətdə getdikcə artan bir problem olduğunu qeyd edib.

 Onur Yaprak bildirib: "Qarın çevrəsinin artması ilə xarakterizə edilən qarın içi və visseral piylənmə olan insanlarda qaraciyər yağlanması ehtimalı daha yüksəkdir. Qaraciyər yağlanması olanların yüzdə 22,5-i diabet, 70-i şəkər xəstəliyi, yüzdə 40-ı hipertoniya, 40 faizi isə metabolik sindromla əlaqəlidir".

Son illərdə piylənmə ilə eyni vaxtda inkişaf edən xəstəliklərlə bağlı çoxlu araşdırmalar aparılıb. Çünki, qaraciyər yağlanması əslində sistemik iltihabın nəticəsidir. Qaraciyər yağlanması olan insanlarda şəkərli diabet, xərçəng və işemik damar xəstəliklərinə daha çox rast gəlinir. Ölümlə nəticələnən xəstəliklər arasında ürək-damar xəstəlikləri ön sıralardadır.

Qaraciyər yağlanması beyinə də təsir edir.

 Son illərdə araşdırmaların diqqət mərkəzində olan digər orqanın beyin olduğunu qeyd edən Prof.Dr. Yaprak bildirib: "Əksini iddia edən araşdırmalar olsa da, tədqiqatların çoxu qaraciyəri yağlı olanlarda yaddaşla yanaşı, beyin funksiyalarının da təsirləndiyini təsbit edib. Əhali üzərində aparılan bir araşdırma  qaraciyər yağlanmasının ümumi sayının  16 faiz artdığı qənaətinə gəlib. Əsas mexanizmlərə nəzər saldıqda, qaraciyər yağlanmasında iltihab və sitokinlərin beynin immun hüceyrələri olan mikroglia hüceyrələrinin aktivləşməsinə, beyində kompleks immun reaksiyasına səbəb olan mümkün səbəblərdən biri olduğu düşünülür.

 "Başqa bir mexanizm isə endotel zədələnməsidir ki, bu da qaraciyər yağlanması olan xəstələrdə müşahidə edilir və koronar arteriya xəstəliyinə səbəb olur. Beyində iltihablanma və beyin damarlarında tıxanma nəticəsində yaranan mikroinfarktlar ürəkdəki kimi demensiyayla nəticələnir”.

Cəmiyyətdə demensiya nisbəti təxminən 4.7 dir.

Prof. Dr. Yaprak sözlərini belə davam etdirib: "Mümkün olan son mexanizmdə qaraciyər yağlanması olan insanlarda alzheimer xəstəliyindən məsul olan amiloid lövhələrini təmizləyən bir zülalın sintezinin piylənmə səbəbiylə pozulduğu düşünülür.  Alzheimer xəstəliyindən qaynaqlanır. Amiloid və neyrofibrilyar dolaşıqların patoloji beyin yığılması ilə xarakterizə olunan xəstəlikdir.

Xülasə, qaraciyər yağlanmasının ilkin mərhələlərində belə mövcud olan metabolik problemlər sinir hüceyrələrinin zədələnməsinin inkişafına kömək edib çox sayda xəstəni demans inkişaf riski altında qoya bilər. 

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et